Dünya, ətrafımızda hər gün maraqlı hadisələr, kəşflər və möcüzələrin baş verdiyi bir yerdir, amma gərçək budur ki, bir çoxumuz çox vaxt onları görməzdən gəlirik və ya heç fikir vermirik.
Bu gün sizin üçün bütün dünyadan qeyri-adi və ruhlandırıcı elmi faktları bir yerə toplamışıq. Ümid edirik ki, onlar sizi həyata yeni gözlə baxmağınız üçün fərəhləndirəcək.
1. Beynimizin müxtəlif hissələri arasında əlaqə yaratmağı təmin edən ağ maddə 48 yaşımıza çatana kimi inkişaf etməkdədir.
2. İnsan canlılar aləminin yeganə nümayəndəsidir ki, düz xətt çəkmək bacarığına sahibdir.
3. Dünyada hər 50-ci cütlük internet vasitəsi ilə tanış olmaqdadır.
4. Gördüyünüz yuxunun başlanğıcını xatırlamağınız mümkünsüzdür.
5. Sarışın saqqal tünd saqqala nisbətən daha tez uzanır.
6. Musiqiyə qulaq asdığımız vaxt qısa müddət ərzində daha çox spirtli içki qəbul edirik.
7. İnsanlar onlara pıçıldanan sözlərə daha çox inanmaqdadırlar.
8. Ortalama ömrü olan insanlar həyatları boyunca 2 həftələrini işıqforun işığının rəngini dəyişməsini gözləməklə keçirirlər.
9. Banan yeganə meyvədir ki, hətta körpə uşaqlarda belə ona qarşı allergiya olmur.
10. Dünyanın 40% ərazisi təkcə 6 ölkədə yerləşir.
11. Arılar digər arıların üzünü yadda saxlaya bilir və hətta onları tanıya da bilir.
12. İnsanın bir cüt ağ ciyərinin sahəsi, bir tennis kortunun sahəsinə bərabərdir.
13. İQ-nün yüksək səviyyəsi kişilərin həyat gözləntilərini uzatdığı halda, qadınların həyat gözləntilərini aşağı salır.
14. Elektron siqaretlər immunitet sistemini zəiflədir.
15. Taxta tüstüsü tütün tüstüsündən 30 dəfə çox kanserojendir.
16. Pambıq şəkəri stomatoloq tərəfindən kəşf olunmuşdur.
17. Həyatı boyunca ortalama ömrü olan insan 40 ton yemək yeyir.
18. Alma tumları zəhərli hesab olunur, çünki onun tərkibində 0.6% sianid var.
19. Uzun müddət özünüzü günahkar hiss etməyiniz immunitet sisteminizi dağıda bilər.
20. Saqqız çeynəmək beyninizin işləmək sürətini azalda bilər.
21. Bal yeganə ərzaqdır ki, xarab olmur, onu hətta minilliklərlə belə saxlamaq olar.
22. Göy göz insanlar qaranlıqda daha yaxşı görürlər.
23. İnsanlar güldükləri zaman 17 əzələni işə salırlar.