Səhər evdən çıxarkən oxunur:
“Bismilləəhi təvəkkəltü alləllaahi ləə havlə və ləə quvvətə illəə billəəhil aliyyil aziim”.\
Sabahlar, xüsusilə küçə və bazarda oxunur:
“Ləə iləəhə illəllaahu vəhdəhu ləə şəriikə ləh. Ləhul mulku və ləhul hamdü yuhyii və yumiit. Və huvə həyyul ləə yəmuut biyədihil xayr və huvə aləə kulli şeyin qadiir”.
Mənası: Allahdan başqa İlah yoxdur, təkdir, ortağı yoxdur, mülk və həmd ona aiddir. Həyatı da, ölümü də o verir. Özü ölməzdir, xeyirlər onun əlindədir. O hər şeyə qadirdir.
Bu dua hər sabah 11 dəfə oxunur. Evdən çıxarkən, yollarda, küçələrdə və hər yerdə oxunur.
Peyğəmbər Əfəndimiz: “Bunu oxuyana Hz. Allah bir milyon savab verər, bir milyon günahını silər, bir milyon da dərəcəsini yüksəldər” buyurmuşdurlar. Oxuyan möminin imanı təzələnmiş olur. Bu dua Rəsulullahın şəfaətinə ən böyük səbəbdir.
“Sübhanəllaahi miləlmiizaan və müntəhəl-ilmi və məbləğarrıza və zinətəl-arş”.
Mənası: Allahı mizan dolusu,elmin sonsuzluğu,rızası böyüklüyündə Arşın ağırlığı qədər təsbih edirəm.
Bu dua səhər və axşam üç dəfə oxunur.
Ömrünün uzun və xoşbəxt olması, imanla ölmək, qəbir əzabından qurtulmaq, sirat körpüsündən keçmək və Cənnətə vasil olmaq üçün oxunur.
Ayaqyoluna girərkən oxunan dua:
“Əuzü billəəhi minəl xubsi vəl xabais”.
Ayaqyolundan çıxarkən oxunacaq dua:
“Əlhamdulilləəhilləzii əzhəbə annil əzəə və aafaanii min zəəlik”.
Mənası: Hamd olsun o Allaha ki, məndən bu pisliyi apardı və ondan məni xilas etdi.
Ayaqyolundan çıxarkən bu duanı davamlı olaraq oxuyanlar idrar və dəstəmaz yollarından xəstələnməzlər.
Ayaqyolu və hamama sol ayaqla girib, sağ ayaqla çıxılmalıdır. Evə və məscidə isə sağ ayaqla girib, sol ayaqla çıxılmalıdır.
Qorxulu bir yuxu görüncə oxunan dua:
Qorxulu bir yuxu görən yuxunun doğru çıxmaması üçün “HüvAllahülləzi…” ayətindən başlayıb “Həşr” surəsinin sonuna qədər oxuyur və 1 Fatihə, 11 İxlası-Şərif oxuyub Peyğəmbərimizin (s.ə.v.) ruhuna hədiyyə edərək: “Ya Rəbbi,əgər gördüyüm bu yuxu xeyir isə xeyrini ver, şər isə xeyirə yoz. Xeyirdirsə bizə, şərdirsə düşmənlərimizə olsun” ,deyə dua edər.
Xeyirli bir yuxunun tez həyata keçməsi üçün yenə bir Fatihə, 11 dəfə İxlası-şəfir oxuyub, Rəsulullaha (s.ə.v.) hədiyyə edilməlidir.
Varlı olmaq üçün oxunan dua:
Allahın icazəsi ilə zəngin olmaq üçün bu duanı üç dəfə sabah axşam oxumalıdır.
“Yaa hamiidəl fiali zəlmənni aləə cəmii xalqihii bilutfihii”.
Mənası: Ey bütün etdikləri təriflənməyə layiq olan və lütfü ilə bütün məxluqatına ehsan sahibi olan Allahım.
Axşam yatarkən oxunan dua:
“Allaahummə bismikə əmuutu və əhyaa”.
Mənası: Allahım, adınla ölür, adınla dirilirəm.
Yataqdan qalxarkən oxunacaq dua:
“Əlhamdülilləəhilləzii ahyaanəə bədə məə əməətənəə və ileyhil bəsu vənnuşur”.
Mənası: Hamd olsun Allaha ki, öldükdən sonra bizi diriltdi.Öldükdən sonra dirilib həşr olunmaq (toplanmaq) ondan aslıdır.
Davamında böyük fayda olan dualar:
1.”Allaahummə ərinəl haqqa haqqan vərzuqnəl ittibaa ileyh və ərinəl baatilə baatilən vərzuqnəl ictinəəbə anhu”.
Mənası: Ey Allahım, bizə haqqı haqq olaraq göstər və bizi haqqa tabe et, batili batil olaraq göstər və ondan uzaqlaşdır.
2.”Allaahummə yaa muqallibəl quluub, səbbit qalbi aləə diinikə və taatikəl islam”.
Mənası: Ey qəlbləri döndərən (qəlblərə hökm edən) Allahım, mənim qəlbimi dinin və islami itaətin üzərinə sabit qıl.
Bəlaya düçar olmuş birisini görüncə oxunacaq dua:
“Əlhamdulilləəhilləzii aafaanii mimməbtəlaakə bihii və fəddalənii aləə kəsiirin mimmən xaləqa tafdiləə”
Mənası: Həmd olsun Allaha ki, sənin düçar olduğundan məni qorudu və məni yaratdıqlarının bir çoxundan üstün etdi.
Bu dua bəlaya düçar olmuş birini görən zaman, o bəlaya özünün də düçar olmaması üçün oxunur. İnsan qətiyyən başqasına gülüb, onu utandırmamalıdır.Çünki güldüyü şey öz başına gələ bilər.
Sabah namazının fərzi ilə sünnəti arasında oxunacaq dua:
“Yaa hayyu yaa qayyuumu yaa zəlcəlaali vəl ikram. Əsəlukə ən tuhyiyə qalbi binuuri marifətikə əbədən yaa Allaahu yaa Allaahu ya Allaah ya bədiiassəməvəti vəl ard”.
Mənası: Ey Hayy və Qayyum olan (Allahım). Ey cəlal və ikram sahibi olan (Allahım)! Ey göyləri və yeri tayı bərabəri olmayan bir nizamla yaradan (Allahım)! Ey Allahım! Ey Allahım! Ey Allahım! Qəlbimi mərifət nuru ilə əbədiyyən oyaq saxlamanı istəyirəm.
Bu duanı sabah namazının sünnəti ilə fərzinin arasında ən azı üç dəfə oxumağa davam edənə son nəfəsində imanla getmək qismət olar.
Səhər tezdən oyanmağın faydası
Bütün ruzilər, səhər fəcri vaxtında paylandığı üçün bu vaxtını yuxuda keçirənlər ruzilərini tam ala bilməzlər. Evdəki kiçik, böyük hər kəsin qaldırılması yaxşı olar…Günəş doğduqdan sonra istəsələr yenə yatmaq olar…
Dualar mümkün olarsa üç dəfə oxunmalıdır, çünki üç dəfə oxumaq duanın qəbuluna səbəb olar.