Hörmətli məzunlar, gələcəyiniz üçün sizə cəmi bir məsləhət vermək imkanım olsa, bu məsləhət məhz günəş kremlərinin faydası ilə bağlı olardı. Onların faydası alimlər tərəfindən sübut olunmuşdur. Mənim sizə verə biləcəyim digər məsləhətlər isə sadəcə şəxsi təcrübəmdən irəli gəlir. Bu məsləhətləri mən sizə indi izah edəcəm.
- Gəncliyinizin gücündən və gözəlliyindən zövq alın. Siz həyatınızdan narazılıq edərkən, o barmaqlarınızın arasından axıb gedir. İnanın mənə, 20 il sonra şəkillərinizə baxacaq və indi anlaya bilmədiyiniz bir hissə qapılacaqsınız: qarşınızda nə qədər imkan var idi və necə də gözəl görünürdünüz siz.
- Hesab etdiyiniz kimi artıq çəkili deyilsiniz.
- Gələcəyiniz üçün narahat olmayın və ya narahat olun, ancaq bunu bilin ki, bu narahatlıqlar saqqız çeynəyərək riyazı məsələni həll etməyə çalışmaq qədər faydasızdır.
- Həyatınızda baş verən həqiqi hadisə şüurunuzu daha öncə narahat etməyəndir. Misal üçün, gecə saat 4-də, hər hansı bir çəşənbə günü başınıza anidən gələn hadisə kimi.
- Hər gün etməyə qorxduğunuz bir şeyi edin.
- Mahnı oxuyun.
- Digərlərinin qəlbinə qarşı diqqətli olun. Sizin qəlbinizə qarşı biganə olan insanlarla barışmayın.
- Dişlərinizi fırçalamağı unutmayın.
- Paxıllıq etməklə vaxt itirməyən. Bəzən siz öndəsiniz, bəzən isə arxada. Yarış uzundur və nəticə etibarilə siz onu özünüzlə aparırsınız.
- Sizə edilən komplimentləri yadınızda saxlayın, təhqirlər isə unudun. Və bunu bacarsanız izah edin mənə, necə?
- Köhnə sevgi məktublarınızı saxlayın. Köhnə bank hesabatlarını atın.
- Müntəzəm olaraq çəkinin.
- Həyatınızla nə etmək istədiyinizi bilməyirsinizsə, özünüzü buna görə günahkar hiss etməyin. Tanıdğım ən maraqlı insanların, onlar 22 yaşlarında ikən həyatlarını necə yaşamaq istədikləri barədə heç bir fikirləri yox idi. Tanıdığım daha da maraqlı 40 yaşlı insanlar isə nə edəcəklərini hələ də bilmir.
- Kalsium qəbul edin.
- Dizlərinizə qarşı diqqətli olun. Dizləriniz sıradan çıxdıqdan sonra onların qədrini biləcəksiniz.
- Bəlkədə siz nikaha daxil olacaqsınız. Bəlkə də yox. Bəlkə sizin övladlarınız olacaq. Bəlkə də yox. Bəlkə də siz 40 yaşınızda boşanacaqsınız. Bəlkə isə əksinə, toyunuzun 75-ci il dönəmində Kiçik ördəklər rəqsini birlikdə ifa edəcəksiniz. Nə edirsiniz edin, özünüzü həddindən artıq tərifləməyin, ancaq ittiham da etməyin.
- Sizin seçiminiz hər kəsdə olduğu kimi qismən hadisələrin necə cərəyan etməsinin hökmü altındadır.
- Bədəninizdən zövq alın. Ondan bacardığınız kimi istifadə edin və insanların bu haqda nə düşünəcəyindən qorxmayın. Bədəniniz sizə məxsus olan ən gözəl cihazdır.
- Rəqs edin. Qonaq otağınızdan başqa bunu etməli yeriniz yoxsa belə. Və xahiş edirəm, gözəl həyat haqqında jurnalları oxumayın. Onlar sizi özünüzü iyrənc hiss etməyə məcbur edəcək.
- Bacı və qardaşlarınıza qarşı xeyirxah olun. Onlar sizin keçmişinizlə yeganə rabitəniz və böyük ehtimalla gələcəkdə yanınızda olacaq insanlardır.
- Başa düşün ki, dostlar gəlir və gedir. Dəyərli dostlarınızdan bərk-bərk yapışın. Coğrafiyada və həyatda olan boşluqları qət etmək üçün əlinizdən gələni edin, çünki yaşlandıqca gənc ikən tanığınız insanlara ehtiyac duyacaqsınız.
- Moskvada yaşayın. Ancaq o sizi sərtləşdirməmiş, onu tərk edin. Bali adasında yaşayın, ancaq o sizi yumşaltmamış, onu tərk edin. Və ümumiyyətlə səyahət edin.
- Bir neçə qaçınılmaz həqiqəti qəbul edin: qiymətlər qalxacaq, siyasətçilər həyat yoldaşlarına xəyanət edəcək, Siz də qocalaqsınız. Və qocaldığınız zaman xatırlayacaqsınız ki, qiymətlər əlverişli, siyasətçilər nəcib idi. Uşaqlar isə qocalara hörmət edirdi. Yeri gəlmişkən, qocalara hörmət edin. Siz onların nə zaman həmişəlik gedəcəyiniz bilmirsiniz.
- Kiminsə Sizi təmin edəcəyini gözləməyin. Bəlkə də sizin şəxsi investisiya fondunuz var, bəlkə də sizin varlı həyat yoldaşınız var, ancaq onun sizi nə zaman tərk edəcəyini bilmirsiniz.
- Saçlarınızın üzərində hədindən artıq sayda sınaqlar keçirməyin. Yoxsa 40 yaşınız olduğu zaman, onlar 85 kimi görünəcək.
- Hamımız nə vaxtsa gedəcəyik. Vacib olan, sonadək nəyəsə inanaraq dayanmaqdır. Bu isə elə ən çətin olandır, çünki insana elə gəlir ki, inam bəsləyəcək heç bir zibil yoxdur.
Belə belə məsləhətlər, hörmətli məzunlar, ancaq onları sizə verən insanlara qarşı diqqətli və səbrli olun. Məsləhət nostalji formasıdır. Bu, keçmişi zibil yığınından təmizləmə, xoşagəlməz xatirələri təzə boyalarla boyama və onu olduğundan daha dəyərli etmə üsuludur, ancaq günəş kremlərinin dərinizi yanıqlardan həqiqətən müdafiə etməsi alimlər tərəfindən sübut olunmuşdur. Ona görə də, onlardan əminliklə istifadə edin..