Çox insanın unutduğu bir anlayış olsa da, mütəxəssislər gülümsəmənin faydalarını saymaqla bitirə bilmir. Sizdən bir şey əksiltməyib, qarşı tərəfə çox şey verən gülümsəmək, gündəlik həyatımızda davamlı istifadə etməli olduğumuz güclü silaha çevrilə bilər. Gülün, gülək .. Qorxmayın güldükdən sonra başınıza pis bir şey gəlməyəcək.. 🙂


1. Gülümsəmək qan axışından ürəyə qədər bir çox sağlamlıq probleminin yaranmasının qarşısını alır. Bundan əlavə immunitet sistemini gücləndirməsiylə bir çox xəstəlikdən də qoruyur.



2. Gülümsəmək beyində yaranan endorfin (xoşbəxtlik) hormanlarının artmasına və stress hormonlarının azalmasına yardım edir. Beləcə depressiyaya girməkdən xilas olursunuz.



3. Araşdırmalara görə gülümsəmək əsnəmək kimi yoluxucudur. Bir cəmiyyətdə davamlı olaraq gülümsəməniz ətrafınızdakı insanların da gülümsəməsini təmin edəcəkdir və yenə araşdırmalara görə gündəlik həyatda qadınlar kişilərə nisbətən daha çox gülümsəyir.



4. Yeni doğulan körpələrin doğuşdan gülümsəmə xüsusiyyəti vardır. Eşitdikləri xoş sözlərə gülümsəyərək reaksiya vermələri isə xoşbəxtlik və güvən göstəricisidir.



5. Gülümsəmək kalorinin yanmasını sürətləndirərək arıqlamağınıza da köməkçi olur. Yaxşı bir pəhriz, idman və bir az gülümsəməklə istədiyiniz kiloya çata bilərsiniz.



6. Dünyanın ən yaxşı satış və marketinq işçilərinin müvəffəqiyyətlərinin arxasında gülər üzlü olmaları dayanır. İş həyatında gülər üzlü insanlardan daha çox fayda alındığı təsbit edilmişdir.



7. Çində stress səbəbindən yaranan infarktların digər ölkələrə nisbətdə daha az olduğu müəyyən olunmuşdur. Bunun səbəbi isə həyata müsbət yanaşmaları və daim təbəssüm etmələridir.



8. Gülümsədiyimiz zaman bədxassəli şiş və viruslarla mübarizə aparan hüceyrələrimizin sayı da artır. Xüsusilə bəzi ruhi xəstəliklərin müalicəsində gülmə müalicəsindən istifadə edilir. Xəstələr üzərində müsbət təsirləri olduğu müşahidə edilir. Patch Adams adlı həkimin işləri bu mövzuda nümunə olaraq göstərilir.


9. Gülümsəmək laqeydlik göstəricisi olmadığı kimi, qaşqabaqlı durmaq da ciddilik göstəricisi deyil.



10. Gülümsəmənin heç bir xərci yoxdur. Әksinə hər qapını açaraq həm beyində həm də bədəndə müsbət enerji yaranmasını təmin edir. Gülümsəmə sağlımlıq, dinclik, güc, sevinc əlamətidir.