Hər birimizin başına gəlmişdir: iş çoxdur, gücümüz, enerjimiz və həvəsimiz isə tükənmiş vəziyyətdə. Bu anlarda sehirli bir vasitə olaraq qəhvəni görürük. Hərçənd ki, daha effektiv və daha faydalı bir sıra vasitə mövcuddur. Üstənlik onlar alimlər və məşhur energetiklər tərəfindən təsdiqlənmişdir!

Bitki çayları

Bir fincan qəhvə beyninizi təravətləndirmək üçün məşhur vasitə olsa da, bu üsul hər kəs üçün əlverişli deyildir. Alternativ olaraq hər kəs üçün faydalı olan  bitki çaylarından istifadə edin. Onların təsiri 15-40 dəqiqə sonra özünü göstərsə də, orqanizmin tonusunu uzun müddət yüksəkdə saxlayır.

Dofamin və adrenalin qəbulu

Dofamin təkcə həzz hormonu deyil, həm də insanları hədəflərinə çatmağa həvəsləndirən neyromediatordur. Özünüzü yorğun və halsız hiss edirsinizsə, dofamin defisiti keçirmə ehtimalınız yüksəkdir. Dofamin hormonunu yüksək tutmaq üçün isə ağır qidanı yüngül qida ilə əvəz edin. Rasionunuzda tofu pendiri, avokado, brokkoli, soya və digər təzə tərəvəzlərə geniş yer verin.

Qana adrenalin axını ən güclü enerji qaynağıdır. Ən güclü adrenalin qaynağı isə qorxudur. Qorxulu bir çarx və ya 3 dəqiqəlik vikinq macərası ilə gümrahlığınızı geri qazana bilərsiniz.

İşıq və temperatur

Beynimizin tam sürətlə işləməsi üçün təmiz, sərin hava və işıqlandırma vacibdir. İşıqlandırmanın  olmaması arzu olunandır. Alimlərin apardığı araşdırma nəticəsində məlum olmuşdur ki, soyuq, mavi çalarlı işıqlandırma kofeindən daha güclü təsirə malikdir. İsti çalarlı işıqlandırma isə əksinə, beynimizi yorur.

Efir yağları və dərin nəfəs

Qrepfurt, zəncəfil, rozmarin, jasmin efir yağlarına masanızda yer verin. Yorğun olduğunuz zamanda dərindən nəfəs aldığınız zaman onların qoxusu sizə müsbət təsir göstərəcək.

Musiqi

Diqqətinizi cəmləmək üçün Mozart və Vivaldi, gərginliyi aradan qaldırmaq üçün isə Bethovenə qulaq asın.

Bəs siz halsızlıqla necə mübarizə aparırsınız?