İnsan ətraf mühitdən aldığı informasiyanın 90%-ni görmə qabiliyyəti vasitəsi ilə əldə edir. Buna görə də görmə qabiliyyətinin fizioloji funksiyalarında baş verən kiçik problemlər belə insanın yaşam keyfiyyətini aşağı salır. Bəs görmə qabiliyyətini zəiflədən başlıca səbəblər hansılardır? Aşağıda təqdim olunmuş siyahıda aydın təsvir olunub:

    Kompyuter

    Müasir dövrümüzdə həyatımızı kompyutersiz təsəvvür edə bilmərik, lakin ən keyfiyyətli monitor belə belə gözlərimizi zədələyə bilər. Beləki, kompyuter qarşısında çox vaxt keçirən insanların gözündə quruluq əmələ gəlir. Bu necə baş verir? Çox sadə – monitora baxan insan gözünü az qırpır, buna görə də gözdə quruluq əmələ gəlir.

    Siqaret və spirtli içkilər

    Tütünün tərkibində olan toksik maddələrin təsiri nəticəsində görmə siniri zədələnir. Bununla belə, tütün tstüsü gözlərin selikli qişasına mənfi təsir edir. Daimi siqaret çəkən insanlar tədricən rəngləri yaxşı ayırd etmirlər. Bu isə bir başa olaraq insanın iş qabiliyyətinə təsir edir.

    Alkoqol güclü neyrotoksik maddədir və bütünlüklə mərkəzi sinir sisteminə mənfi təsir göstərir, o cümlədən gözlərə.

    Gözlərimizi necə qoruyaq?

1. Vaxtaşırı oftalmoloqu (göz həkimi) ziyarət edin. Xüsusilə də müasir texnologiya və avadanlıqlarla təmin olunmuş xəstəxanalara üstünlük verin.

2. İş yerinizi düzgün və rahat təşkil edin. İşıqlandırılmaya xüsusilə önəm verin.

3. Göz gimnastikasını edin. Bu nəinki profilaktik tədbirdir, hətta göz xəstəliklərinin başlanğıc mərhələsinin müalicəsidir.

4. Eynəkləri və linzaları (xüsusilə də populyar olan estetik – rəngli linzaları) yalnız və yalnız həkimin məsləhəti və göstərişi ilə əldə edin.

5. Qida rasionunuza dəniz məhsullarını, E vitamini bol olan ərzaqları və süd məhsullarını əlavə edin.