Gözlərimiz ən mürəkkəb və sirli orqanlardan biri sayılır. Göz haqqında bir çox məlumatlar oxumuşuq, amma onların hər biri doğru deyil.
1. Kök yemək görmə qabiliyyətini yaxşılaşdırır. Bu yanlışdır! Kökdə olan A vitamini orqanizm üçün faydalıdır, amma görmə qabiliyyətinə təsiri deyildiyi qədər güclü deyil. Bundan əlavə olaraq, kökün tərkibindəki beta-karoten lazım olduğundan çox qəbul edildikdə baş və sümük ağrısı yaradır.
2. Alaqaranlıqda kitab oxumaq gözlərinizi məhv edir. Bu da yalandır! İşıq göz üçün vacibdir, amma az işıqlı məkanda kitab oxumaq çox təhlükəli sayılmır. Sadəcə gözləriniz sözləri müəyyən etməkdə çətinlik çəkdiyi üçün tez yorulur.
3. Nömrəli eynəklər və linzalar gözləri tənbəlləşdirir. Təbii ki, yanlışdır! Bu məlumata mən özüm də inanmışdım, amma elə deyilmiş. Linzalar və eynəklər sizə görməkdə kömək edir. Onlar vərdiş yaratmır, sadəcə daha yaxşı görməyinizi təmin edir.
4. Bütün gün monitora baxmaq gözləri zəiflədir. Doğru deyil! Telefona (kompüterə) baxmaq gözlərinizə zərər verməz, amma qısamüddətli narahatlıq yarada bilər. Əslində bunun tibbdə adı var — Computer Vision Syndrome.
5. Gözdən əlillər heç nə görmür. Səhv məlumatdır! Onlar da ətrafdakı təhlükəyə reaksiya verir, ətrafda hərəkət edə bilirlər.
6. Gözün zəifləməsinin qarşısını almaq mümkün deyil. Yanlışdır! Gözdə yaranan problemlərinin artmasına əsas səbəb müayinə və müalicənin gecikdirilməsidir. Xəstəlik tez bir zamanda müəyyən olunsa, əməliyyat və ya müalicə üsulu ilə qarşısı alına bilər. Bulanıq görürsünüzsə, göz ağrıları varsa həkimə müraciət etməyinizi tövsiyə edirik.
Gözünüz həmişə aydın görsün! 🙂