Göz sağlığı üçün önəmli olan göz yaşı quruması nəticəsi olaraq əmələ gələn xəstəlik göz quruluğu və ya quru göz sindromu adlanır. Bir çox xəstəliyin səbəbi ola biləcək göz quruluğunun ən başlıca səbəblərindən biridə gözün uzun müddət açıq qalmasıdır . Bu açıq qalma ən çox komputer qarşısında çox qaldıqda və ona baxdıqda olur. Göz yaşı miqdarında və keyfiyyətində azalma, gözdə batma ,yanma , yaxşı görəbilməməyə səbəb olur.
Göz quruluğunun səbəbləri :
-gözün çox açıq qalması ;
-kondisioner olan , nəmsiz , havasız yerlərdə çox qalmaq ;
-siqaret içmək və dumanına məruz qalmaq;
– bəzi göz xəstəlikləri , ürək rahatsızlığı , rematizm xəstəlikləri;
– uzun müddət kontakt linza istifadəsi;
Göz quruluğunun əlamətləri :
– Gözdə yanma;
– Gözdə qaşıntı və yaxşı görməmək ;
– Gözün ağrıması ;
– Gözdə sulanma .