Gözəlliyimizə təkcə xarici faktorlardan əlavə daxili faktorlar da təsir göstərir. Diyetoloqlar aşağıdaki ərzaqların qəbul edilmə miqdarına diqqət etməyi məsləhət görür:
- Qəhvə qırışların yaranmasına və dərinin erkən yaşlanmasına yol açır. Bizi gumrahlaşdırarkən o, gözəlliyimizi taqətdən salır, kortizol ifrazını sürətləndirərək stresə səbəb olur.
- Şirniyyatlar belimizin incəliyi ilə yanaşı, həm də dərimizin sağlamlığını əlimizdən alır. O, dəri quruluğuna və qırışların yaranmasına səbəb olur. Bununla iş bitmir: şirniyyatlar saçların tökülməsini də gücləndirir.
- Süd isə üzümüzdə şişkinlik və səpkilərə gətirib çıxar bilər.
- Saçlarınızın tez yağlanırsa yağlı ətlərdən imtina edin. Onlar bu problemi qəlizləşdirir.
- Sitrus meyvələri diş minasına zərər verir. Bu səbəbdən də, portağal və naringidən zövq aldıqdan sonra ağzınızı yaxalamağı unutmayın.
- Çay isə dişlərin saralmasına səbəb olur.
- Şirin qazlı içkilərin aludəçisisinizsə, dırnaqlarınızın qırılmasına təəccüblənməyin. Bunun ikinci səbəbi duzlu qidalardır.
Yox, bu o demək deyil ki, siz saydığımız ərzaqları qara siyahıya salmalısınız. Unutmayın ki, hər şey Nizami Gəncəvinin vurğuladığı kimi, normada gözəldir: bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir su da.