Tarixə adını yazdırmış qadınların xatırladılmasının faydalı olduğunu düşünürük. Amelia Earhart da o qadınlardan biridir. Ona görə, aviasiya dünyasının əhəmiyyətli adlarından Amelia Earhart’ın maraq oyandırıcı həyat hekayəsini paylaşmaq istədik.
24 İyul 1897-ci ildə Kansas, Amerikada dünyaya gələn Amelia Mary Earhart, bədbəxt bir ailənin uşağı idi. Bir çox dahinin həyat hekayəsindən öyrəşdiyimiz kimi, Amelia’nın da problemli bir ailəsi, içki düşkünü bir atası var idi. Amma Amelia’nın şanslı olduğu qisim, ailəsinin onu yeni və fərqli şeylər sınamaq mövzusunda ürəkləndirməsiydi.
Amelia sıradan bir qız uşağı deyildi və bunu kiçik yaşdakı hobbiləri göstərirdi. Ağaclara dırmaşaraq keçirdiyi uşaqlığında Amelia’nın ən böyük hobbisi qəzet xəbərlərini toplamaq idi. Yığdığı xəbərlər, müxtəlif mövzularda (hüquq, reklamçılıq, mühəndislik və s.) müvəffəqiyyətli olan qadınların həyat hekayələrindən nümunələr idi.
Amelia, ilk dəfə 10 yaşındaykən təyyarə görmüşdü və gördüyü şeydən təsirlənməmişdi. “Paslı tellərdən və taxtadan ibarət olan bir şey idi, heç maraqlı görünmürdü…” Amma aradan 10 il keçdikdən sonra qatıldığı bir akrobatik uçuş nümayişi əsnasında, hava ilə əlaqədar fikirləri dəyişəcəkdi.
28 dekabr 1920, Amelia’nın həyatının ən həyəcanlı günü və dönüş nöqtələrindən biri olmuşdur. Frank Hawks adlı bir pilot, Amelia’ya 10 dəqiqəlik ilk uçuşunu etdirdi. Amelia; “60-70 metr qədər yerdən yüksəkdə idim və uçmaq lazım olduğunu o an qəti olaraq anladım.”
Amelia’nın əsl peşəsi tibb bacısı idi. 1-ci dünya müharibəsi əsnasında tibb bacısı kimi çalışmış və immiqrant uşaqlara könüllü İngilis dili öyrətmişdir.
Amma onun gerçək xəyali və ehtirası uçmaq idi. Bunun üçün çalışdığı bütün işlərdə qazandığı pulu yığmış və anasının da köməyiylə pilotluq təhsilini tamamlamışdı. 1921-ci ildə isə açıq sarı rəng, cüt qanadlı “The Canary” (kanarya) adlı təyyarəsiylə ilk yalnız uçuşunu etmişdir.
Adını tarixə yazdıracaq təcrübəsini yaşaması üçün gələn zəng.. 1928-ci ildə Amelia Earhart bir telefon zəngi aldı. Telefondakı Kapitan Hilton H Railey ciddi bir şəkildə bu sualı soruşdu; “Atlantik Okeanını havadan keçən ilk qadın olmaq istərsənmi?” Amelia düşünmədən, böyük bir həyəcanla bəli cavabını verdi. Üstəlik özündən əvvəl o il eyni sınağı edən 3 qadın pilot həyatını itirmişdi. Amelia Earhart, 1932-ci ildə Atlantik’i keçən ilk qadın oldu. Amelia artıq məşhur olmuşdu. Bu təcrübədən sonra, Kaliforniyadan Hawai’yə uçan ilk qadın pilot oldu
Son uçuşu isə 193ci ilin 7 İyun ayında oldu. Fred Noonan ilə çıxdığı dünya turunda, sırasıyla; Mayamidən Cənubi Amerikaya, Cənub Atlantik Okeanını keçib Afrikanın Dakar şəhərinə, oradan da Tailand və Avstraliyaya uçdular. Howland adasında, Amerika Sahil Təhlükəsizliyi təyyarə ilə əlaqəni itirdi. Son mesaj 2 İyul 1937, səhər saat 8.45’də gəldi. Amelia’nın səs tonu çox təlaşlı olaraq təyin olundu.
Amerika Dəniz Qüvvələri, nə pilotlara nə də təyyarəyə aid dair hansı bir izə rast gəlmədi. Bu itkin hələ də sirrini qoruyur, hadisəylə əlaqədar müxtəlif nəzəriyyələr çıxarılmış olsa da bunların heç biri təsdiqlənməmişdir.
“Yüksəklərdə uçan Qanadlar”… Həyat yoldaşı Corc Putnam, 1939-ci ildə Amelia’nın macəra dolu həyatına dair bioqrafik kitab nəşr etmişdir.