Aktiv bir yaşam tərzinə malik olmaq, eyni zamanda sağlam və müntəzəm pəhriz saxlamaq sağlam olmağın ən əsas şərtlərindən biridir. Sağlam vücuda sahib olmaq isə möhkəm sümüklər, incə, gözəl bədən və sağlam bir ürək sayəsində mövcud olur. Lakin bunlarla yanaşı, dünyadakı bütün gözəllikləri görməyimizə səbəb olan gözlərimizin də qayğısına qalmalıyıq və onlara sözün həqiqi mənasında “göz bəbəyi” kimi baxmalıyıq.
İnsanlar yaşlandıqca səhhətləri ilə bağlı bir sıra problemlər yaşayırlar. Bu cəhətdən, görmə qabiliyyətinin zəifləməsi ən çox yayılmış xəstəliklərdəndir. Katarakta və ya Mirvari suyu adı ilə tanınan göz xəstəliyi, gözlərin davamlı olaraq sulanması və bir sıra göz xəstəlikləri ilə mübarizə üçün aşağıdakı sadə, amma sağlam qidalardan istifadə etmək önəmlidir.
Yerkökü
Daha yaxşı görmək üçün yerkökündən istifadə ən birinci sırada gəlir və hətta Bugs Bunny də yerkökünün bu möcüzəvi əhəmiyyətininin fərqində olmuşdur. Bu narıncı rəngli tərəvəz daha sağlam görmə qabiliyyətini təmin edən Beta Karoten kimi piqmentlərlə və antioksidantlarla zəngindir. Və heç şübhəsiz ki, hər ikisindən katarakta xəstəliyinin müalicəsində çox geniş istifadə olunur.
Yerkökünün müxtəlif salatlarda və ya hər hansı bir xörəkdə istifadəsi daha məqsədəuyğun hesab olunur, əgər yerkökünün bu şəkildə yeyilməsi sizin üçün çətinlik törədirsə o zaman onu şirə halında qəbul edin.
Bibər
Bibər yüksək görmə qabiliyyətini təmin edən C vitamini ilə zəngindir. Çox mühüm müalicəvi əhəmiyyətə malik olan bu faydalı tərəvəz eyni zamanda gözlərin normal inkişafını təmin edən antioksidantlarla və digər vitaminləri də özündə birləşdirir. Bununla yanaşı, bibəri hər hansı bir saladda, ya da sendviç və ya Bifşteks vasitəsilə də qəbul etmək olar.
Quş əti məhsulları – toyuq, hindquşu və dəvəquşu
Quş əti məhsulları qırmızı ət kimi bilinən quzu, donuz və dana ətinin ən yaxşı əvəzləyicisidir. Dəvəquşu əti bir qədər bərk olsa da, mükəmməl görmə qabiliyyəti üçün əsas elementlər sayılan sink, kalium və bir sıra proteinləri özündə cəmləşdirir. Hindquşu və toyuq əti də ən azı dəvəquşu əti qədər xeyirlidir. Bundan əlavə C və E vitaminləri ilə zəngindir. Bütün bunlar katarakta xəstəliyi və göz sulanmasının ən əsas düşmənləridir.
İspanaq
İspanağın həm ləzzətini, həm də xeyrini ən yaxşı cizgi film qəhrəmanı Popeye bilir. Bu bitki görmə üçün bütün komponentləri, o cümlədən, vitamin C, Beta karoten və müxtəlif mineralları özündə cəmləşdirən çox faydalı bir tərəvəzdir. Bununla yanaşı, ispanağı qgızardılmış, qaynadılmış şəkildə, sous formasında ye və saladlarda istifadə oluna bilər.
Balıq əti məhsulları: Qızıl balıq və Sardina
Ümumiyyətlə, balıq məhsulları sağlam həyat tərzi və düzgün qidalanma üçün ən mükəmməl seçimdir. Əlavə olaraq, sardina və qızıl balıq tərkibindəki omega 3 yağları vasitəsilə sağlam şəkildə görməni və maddələr mübadiləsinin tənzimlənməsini təmin edir. Gün ərzində ən azı 3 tikə qızılbalıq və ya sardina yeyin. Fərqi özünüz hiss edəcəksiniz.