Təbii ki, küçə itlərinin əksəriyyəti insanlar səbəbiylə başıboş və küçələrdə yaşamaq məcburiyyətində qalmışdır. Nəzarətsizliyimiz nəticəsində küçədəki dostlarımızın sayı artmış, bunun nəticəsində onlara qarşı zorakılıq halları da artmağa başlamışdır.

    Hamımız küçə itlərinin daşlı hücumlar, zəhərli yeməklər, içinə mismar və yaxud bu kimi cisimlər qoyulmuş ətlərlə öldürülmə cəhdlərini xəbərlərdə oxuyuruq.

    Bu mövzuda özümüzü məsuliyyət sahibi hiss etməliyik, çünki hər şeydən əvvəl bu heyvanların küçələrdə yaşamaları bir insanlıq ayıbıdır. Gerçək bir dost olmaq da bu ayıbın məsuliyyətini özümüzdə hiss etməyi tələb edir.

    Küçədəki dostlarımız üçün edə biləcəyimiz həssas davranışlarla onları xoşbəxt edə bilərik. Onları xoşbəxt etmək heç də sandığınız qədər çətin deyil.



1. Su həyat verir.

Yay aylarının gəlməsiylə birlikdə, artıq isti günlər də qapıdadır. Biz insanlar belə bu istilərdə çöldə çətin gəzərkən, küçədə yaşayan heyvanların bu istilərdə qalın dəriləri və tükləriylə küçədə yaşamaq məcburiyyətində olduqlarını düşünmək belə onlara kömək etmə məcburiyyətimizi ortaya çıxarar.

Çox vaxt bir zibil konteynerinin dibindəki artıq suları içməyə çalışan dostlarımız, bəzən yuyulmuş bir bağçanın artıq qalan sularını içmək məcburiyyətində qalırlar. Küçədəki dostlarımız da bu isti günlərdə təklik, aclıq və susuzluqla mübarizə aparır.

Onlar üçün küçələrə qoyacağımız sadə bir su içmə qabı ilə bir çoxunun həyatını xilas edə bilərik. Su qabının üzərinə küçədə yaşayan itlər üçün olduğunu ifadə edən bir yazı yazsanız, ya da bunu ifadə edən bir şəkil əlavə etsəniz digər insanlar tərəfindən zibilə atılmasının qarşısını ala bilərsiniz.


2. Onları qidalandırın.

Susuzluq problemi ilə birlikdə digər böyük ehtiyac da yeməkdir. Aclıqla mübarizələri əsla bitməyən dostlarımız üçün bir şeylər etməli olduğumuz açıqca ortadadır. İstifadə etdiyimiz böyük su şüşələrini kəsərək dostlarımıza gözəl yemək qabları hazırlaya bilərik. Bu qablara da eyni su qabları kimi küçə itləri üçün olduğunu ifadə edən işarələr qoymağı unutmayın.

Evdə artıq qalan yeməkləri zibilə atmayıb, onlara verin. Xarab yemək verməməyə diqqət edin, çünki ishal ola bilərlər və küçədə müdafiəsiz olduqları üçün bu onlar üçün olduqca ölümcüldür.

Sümüklə birlikdə qaynadılmış bir makaron şorbası ya da bu şorbanın suyuna əlavə edəcəyiniz bayat çörəklər çox doyurucudur və qida dəyəri daha yüksəkdir.

3. Yuva ilə təmin edin.

Əgər iti uzun müddət evinizdə saxlamayacaqsınızsa, onu evinizə gətirməyin, çünki ev-küçə-ev-küçə deyərkən heyvanın psixologiyası həqiqətən alt-üst ola bilər.

Bir gün evdə isti mühitdə yemək, su, sevgi kimi dərdləri olmadan yaşayarkən, digər gün aclıqla, susuzluqla və sevgisizliklə mübarizə aparmaq məcburiyyətində olması onun üçün çox çətin ola bilər, amma deyirsinizsə ki, mən bu dostumuzu həqiqətən sahiblənə bilərəm, o zaman onun üçün edə biləcəyiniz ən yaxşı şeylərdən birini etmiş olarsınız.


4. Sığınacaqlara gedin.

Әgər yaşadığınız şəhərdə heyvan sığınacaqları varsa, mütləq onlara baş çəkin, çünki onların sığınacaqlarda sevgiyə, qayğıya, yeməyə çox ehtiyacları var. “Mən tək başıma nə edə bilərəm ki?” deyə düşünməyin.

Gözəl bir planlaşdırma ilə birlikdə bu düşüncənizi sığınacaq ziyarəti fəaliyyətinə çevirə bilərsiniz. Sosial şəbəkələrdə heyvansever insanlarla ünsiyyət qurub, maarifləndirmə aparsanız bu mövzuda geniş bir kütləyə sahib olarsınız. Bir paket yemək alın və onları ziyarət edin. Yanınızda nə qədər insan olsa o qədər yaxşıdır, çünki ordakı dostlarımızın hər biri sevgiyə möhtacdır.


5. Sevgi

Sevginizi əsla onlardan əskik etməyin. Onların aclıq və susuzluqla mübarizəsi qədər təkliklə olan mübarizələri də çox çətindir. Bir az başını oxşadıqdan sonra yanınızdan ayrılmamaları bununla bağlıdır. Bəzən yemək yeyən bir dostumuzu oxşayanda, yeməyi belə yarıda kəsib sizin arxanızca gələ bilər.