Dezoksiribonuklein turşusu (DNT) canlı orqanizmin formalaşması və həyati proseslərini davam etdirə bilməsi üçün irsi informasiyanın saxlanıldığı, nəsillər arasında ötürülən biopolimerdir. Bütün orqanizmlər, bəzi viruslar da daxil olmaq üzrə DNT-yə sahibdir.
DNT eukariot hüceyrələrdə (misal olaraq heyvan vəya bitki hüceyrələrində) nüvədə yerləşir. Buradakı DNT hüceyrənin bəzi səfhələrində xromosom halına keçir. DNT eukariotlarda eləcə də bəzi mitoxondriya(mitoxondri) vəya plastid kimi orqanoidlərdə də vardır. Bakteriya və ya arxeya kimi prokariot orqanizmərdə isə DNT nüvəyə bənzər ərazidə membrana tutunmuş şəkildədir. Bu orqanizmlərdə plazmid deyilən, avtonom bölünəbilən kiçik DNT molekulları şəklindədir. Bundan başqa bəzi viruslar genetik material olaraq tək və ya qoşa DNT sarmalına sahibdirlər. DNT-nin ən əsas rolu hüceyrədə uzunmüddətli informasiyanın saxlanılmasıdır. DNT ən önəmlisi gen olan bir sıra vahidlərə bölünür. Kimyəvi cəhətdən, DNT nukleotid deyilən vahidlərdən əmələ gələn uzun polimerdir. Hər bir nukleotid azotlu əsas, şəkər (dezoksiroboza) və fosfat qrupundan meydana gəlir. DNT zincirinin onurğasını fosfat və şəkər qrupları əmələ gətirir, əsaslar isə ikili zincirin iç qismində digər tərəfdəki əsas ilə qarşı qarşıya duracaq şəkildədir. DNT molekulunun bu cür iki zincirli halı təbiətdə əksəriyyəti təşkil edir və spiral şəklini alaraq “ikili sarmal” adını almasına səbəb olmuşdur. DNT molekulunda dörd növ azotlu əsas mövcuddur: adenin, quanin, timin və sitozin. Molekulun bir zincirindəki əsaslar digər zincirdəki əsaslar ilə komplementarlıq prinsipinə uyğun olaraq bağ meydana gətirməkdədirlər. Belə ki, adenin sadəcə timin ilə, quanin isə sadəcə sitozin ilə qoşalaşmaqdadır. Məhz bu xususiyyət DNT maddəsininin üzünün çıxarılmasına və məlumatın RNT polimerinə ötürülməsinə imkan verməkdədir. Bu özəlliklər hüceyrə strukturlarının yaradılması və işlədilməsi, eləcə də informasiyanın bir sonraki nəslə keçirilməsi kimi təməl proseslərin əsasını təşkil etməkdədir.
DNT molekulunun fiziki quruluşunun 1953-cü ildə kəşfi biologiya elmi tarixində çevriliş nöqtələrindən birinə çevrilmişdir. Bu müstəsna kəşf üçün Fransis Krik, Ceyms Uatson, Mauris Uilkins 1962-ci ildə Fiziologiya və Tibb üzrə Nobel mükafatına layiq görülmüşlərdir.