Bu yazını rəfiqəm mənə göndərmişdi və çox sevmişdim. Hər zaman kefsiz olanda oxuyuram, çox kömək edir. Sizin üçün tərcümə etdim və ümid edirəm sizlərə də yaxşı motivasiya olar!
* Nyu York Kaliforniyadan 3 saat daha öndədir, ancaq bu Kaliforniyanın arxada qaldığını göstərmir.
* Bəziləri 22 yaşında məzun olur, ancaq 5 il iş axtarır.
* Bəziləri isə 25 yaşında direktor olur, amma 50 yaşında vəfat edir.
* Başqa biri isə 50 yaşında direktor olur və 90 il ömür yaşayır.
* Bəziləri hələ təkdir,
* Amma bəziləri evlidir.
* Obama 55 yaşında təqaüdə çıxdı.
* Trump isə 70 yaşında prezident oldu.
* Hər kəs öz vaxtına uyğun işləyir.
* Bəzi insanlar səndən daha öndə görünə bilər.
* Bəziləri isə səndən daha geridə olar.
* Hər kəs öz zamanını yaşayır.
* Onlara həsəd aparma, istehza da etmə.
* Onlar öz zamanlarındadırlar, sən isə öz zamanında…
* Həyat doğru zamanı gözləməkdir.
* Rahat ol!
* Sən gecikməmisən!
* Tez də gəlməmisən!
* Sən öz zamanında hərəkət edirsən…