Bu məqalə gənclərə həyat qayğıları olan (ailə, iş və s.) yetkin insan olana qədər həyatına rəng qatmağa kömək edəcək.

    Özünüz haqda fikirləşin. Başqaları haqda fikirləşərək qayğıkeş ailə adamı olmağınıza hələ çox var. İllər ötdükcə insan özünə daha az vaxt ayırır və bu tədricən vərdişə çevrilir. Gənclik isə ağlasığmaz və riskli arzular mövsümüdür. Həyatınızın gənclik mövsümünü yaddaqalan keçirdin.

    Səyahət edin. Uşaqlıqda hamı dünya səyahətinə çıxmaq istəyir.Bəziləri bunu xəyallarında canlandırır, bəziləri isə bunu boş məşğuliyyət hesab edir.Amma siz arzularınızı təhqir etməyin. Necə olur-olsun uşaq,ailə sahibi olmadan dünyanın dadını çıxardın, çünki ailə sahibi olandan sonra yeganə sevinc mənbəyiniz ailəniz və uşaqlarınız olacaq.

    Xarici dilləri öyrənin. Belə bir deyim var: yeni bir xarici dil öyrənərsən-yeni dünyanı kəşf edərsən.Dil bilikləri hər bir sahədə imkanlarınızı artıracaq, yeni və maraqlı tanışlıqlara gətirib çıxaracaq və ola bilsin ki həyatınızı dəyişəcək. Ən əasası isə bu istəyinizi sonraya saxlamayın ,çünki illər keçdikcə öyrənmə və mənimsəmə qabiliyyətiniz aşağı düşür.

    Eksperimentlər həyata keçirin. Məhz gənc olarkən ağlasığmaz eksperimentlər bağışlanılır… Kim bilir, bəlkə bu eksperimentlər həyatınızı başdan-ayağa dəyişəcək (təbii ki, yaxşı mənada).

    Dost əhatinizi genişləndirin. Dostlar olmadan əylənə bilməzsiz. Zamanla dostların köməyinə hər birimizin ehtiyacı olur.  Yaşa dolduqca insanlar daha çox konservativ olurlar və yenilikləri qəbul etmək əvvəlki kimi asant olmur. Bu prinsip insanlarla da keçərlidir. Məgər 40 yaşdan sonra əsl dost tapılır?

    İdmanla məşğul olun. Birincisi bu sağlamlığıniza xeyirdi, ikincisi isə orqanizmin daha çox cavan qalmasına xidmət edir. Gənc yaşlardan öz sağlamlığınıza və görünüşünüzə diqqətlə yanaşın.