Futurizm, digər adı ilə gələcəkçilik. XX əsrin əvvəllərində meydana gəlmiş bir incəsənət axınıdır. Avanqardizmin radikal variantıdır.
Futurist manifesto
Daha çox İtaliyada geniş yayılmışdı. Nümayəndələri F.Marinetti, U.Boççoni, C.Balla, L.Russola, Rusiyada V.Mayakovski, V.Xlebnikov olmuşdur. Futuristlər təkcə incəsənətdə deyil, bütün mədəni keçmişlə vidaya üstünlük verirdilər. Onların düşüncələrinə görə modern incəsənət, eyni ilə modern çağdakı kimi həyəcanlı və aqressiv olmalıdır. Belə olmayan bir əsərin şahəsər ola bilməyəcəyini vurğulamışlar.
Futurizmin xüsusiyyətləri
- İncəsənətdə formanı tamamilə yox etmək.
- Yazıda uyğunluq və qafiyənin önəmsiz olduğunu vurğulayırlar. Heykəllərin sabit və durğun olması əvəzinə daha dinamik və naməlumluğuna üstünlük veriblər.
- İncəsənətlə mexanikləşməyi və şəhər həyatını üstün tutublar.
- Savaşa meyilli bir baxış bucaqları var, faşizmi dəstəkləyirlər.
- “Sözlərə azadlıq” şüarını mənimsəyib, məntiqi rədd ediblər.
- İncəsənətdə azadlığı şərt olaraq qoyublar.
- Rəsm əsərlərində hərəkət və işığı mərkəzə alıblar.
- Ənənəvi və köhnə olan hər şeyə şiddətlə qarşı çıxıblar.
Futurizmin tarixi inkişafı
Marinettinin 1909-ci ildə yayımladığı “Futurist manifesto” adlı əsəri məqsədinə çataraq Avropada diqqət çəkməyi bacarmışdı. Qısa müddət ərzində futurist olmağa qərar verən incəsənət adamları rəsm, heykəl, musiqi və ədəbiyyat kimi incəsənətin fərqli sahələrində müxtəlif manifestolar ortaya çıxarmışdır.
Birinci dünya müharibəsinin başlaması ilə birlikdə futuristlər müharibə sempatiyalarını ən üst səviyyəyə yüksəltmişdir. O sənətçilərdən bir çoxu birinci dünya müharibəsinə sevərək qoşulmuşdur. Futurist rəssamlardan ən tanınlardan biri olan Boççini savaşarkən həyatını itirmişdir.
Futurizmin ən məşhur əsərlərindən biri: Boççini – “Şəhərin yüksəlişi”
Rusiyada futurizm
Rus futurizmi İtaliyan futurizmindən fərqli olaraq, dünya müharibəsindən sonra məşhurlaşmağa başlamışdı. 1917-ci ildə Lenin dəstəyi ilə “Novyi LEF” jurnalı ətrafında birləşmişdilər. Bu jurnalda Nikolay Aseyev, Vladimir Mayakovski, Boris Pasternak kimi sənətmilər futurist ədəbiyyatı dəstəkləyiblər. Futuristlər Dostoyevski və Tolstoy kimi yazıçıların qələminə kəsinliklə qarşı çıxmış, ədəbiyyata yeni baxış bucağı gətirməyə çalışmışdılar. Rus futurizmi yayımlanan jurnalın bağlanılması ilə sona çatmışdır.
Mənbə: Wikipedia