Bir aydır bütün dünyada milyardlarla insan futbolla yatıb, futbolla qalxır. Dünya hegemon dövlətləri ilə inteqrasiya olmuş burjuaziya mediası, insanların ağlını və duyğularını, bu günlərdə futboldan daha əhəmiyyətli bir gündəmin olmadığı şərtinə bağlamış vəziyyətdədir.

Ümumiyyətlə idmanın, amma xüsusilə futbolun siyasətlə iç-içə keçmiş bir fakt olduğunu onsuz da bilirik. Diktator Salazar’ın, yoxsul xalq kütlələrinə üç “f” ilə, yəni Fado (musiqi), fiesta (əyləncə) və futbolla hakim olduğu tarixi faktdır… Tarix, 1969-ci ildə, futboldaki qalibiyyət və məğlubiyyət vəziyyətinə görə, El Salvador’la Honduras ‘ın “futbol döyüşü” nə girdiklərini də yazır. (6 min ölü, 15 min yaralı! ..).

Son qış olimpiadı əsnasında Ukraynada qara üzünü göstərən və faşist Ukraynalılar vasitəsilə bölgə ölkələrini qan gölünə çevirməkdə siyasi və maddi fayda görən ABŞ və müttəfiqlərinin, dünya futbol çempionatını ağzımız açıq seyr etdiyimiz bu günlərdə, İŞİD vasitəsilə İraqda nə işlər çevirdiyini doğru şəkildə

izləyə bilmirik … Yəni, insanlar futbol mayışmasıyla uyudularkən, imperializm İraqda da – etnik və dini qrupları bir-birinin üzərinə itələyərək – Ukraynadakı kimi bir siyasi oyun və ya qardaşları bir-birinə yaxşıca qırdırma planını yavaş-yavaş həyata keçirir.

Yenə İsrailin Fələstindəki hücum və qırğınları da futbol gündəmi içində əriyib gedir … Dünyanın bir çox ölkəsində, imperializm və kapitalizmlə idarə olunan hökumətlər, insanlardakı bu futbol öforisini (həddindən artıq coşğusunu) çox yaxşı analiz etdiklərindən, yoxsul xalq kütlələrinin əleyhinə olan bir çox qanun təklifini, dünya kuboku müddətində keçirməkdədirlər.

Hakim güclərin, yoxsul xalq kütlələrini idman vasitəsilə manipulyasiya etməsinin və keyidib (daha rahat) idarə etməsinin tarixi çox qədimdir. Ancaq, tarixdə bu işi ən yaxşı görən güc, Roma İmperiyası olmuşdur. Qədim Romadan başlayaraq təşkil edilən, yüz, yüz əlli

min tamaşaçının iştirak etdiyi at arabası və gladiator yarışları bir-birləriylə və heyvanlarla etdikləri qanlı / vəhşicəsinə ölüm döyüşləri ilə bu günki idman döyüşləri arasında məzmunda, özdə çox fərq yoxdur. Günümüzün “humanist” (!) Dünyasında uşaqların belə oynadığı qanlı şiddət oyunlarının Roma dövründəki gladiator döyüşlərindən çox fərqli olduğunu kim iddia edə bilər ki! Roma Kralı Domitian zamanında yarış arabalarının formaları albanti, russati, prasini, veneti (ağlar, qırmızılar, yaşıllar və mavilər) şəklində idi. Bugünkü futbol komandaları iki rəngli forma geyinir! Nə böyük fərq!

Romalılar, din halına gətirdikləri idman qarşılaşmalarını, “çörək” ilə bərabər tutmuş, insanların ruhunu məşğul edən bu iki faktı “Panem Et Circenses”, yəni “çörək və tamaşa” şəklində (birlikdə) mövhumlaşdırırlar. 150-220 illəri arasında yaşayan Romalı Xristian din adamı Tertullian, din adamı olaraq özünün ən böyük rəqibinin Circenses, yəni atlı araba yarışları və gladiator döyüşləri olduğunu anlamış və yazdığı kitabda bu vəziyyəti çox ağır bir dillə tənqid etmişdir …

Bu günə qayıtsaq, birçox ölkədə olduğu kimi bizim ölkədə də əksəriyyətin (xüsusilə gənc və orta yaşlı insanların) ölkənin birinci və ikinci liqa oyunları; Avropadakı liqa matçları; Avropa çempionatı (seçmə) matçları; UEFA kuboku matçları; çempionlar liqası matçları; dünya kuboku (seçmə) matçlarına başı qarışmış vəziyyətdədir ( bu həm də gəlir mənbəyidir). Dünyadakı (xüsusilə az gəlirli və çalışaraq çörək pulunu qazanmaq məcburiyyətində olan) insanların əhəmiyyətli bir qismi üçün futbol, bir növ din, bir növ “müqəddəs ruh” halına gəlmişdir. İnsanlar dünyanın müxtəlif bölgələrində “din döyüşləri” ni də davam etdirməkdədirlər; ancaq, bunun yanında, “futbol döyüşləri” də sürətlə, kədər və sevinc verici gərginlik və rahatlığı ilə davam etməkdə, insanların bugünlərini və ümidlərini məşğul etməkdədir.

Buna məncə belə bir misal vermək olar. Düşünək ki bir teatr oyununa getmişik və işıqlar sönür tamaşa başlayır. Biz o andan etibarən fikrimizi səhnəyə cəmləşdiririk və heç bir şeyə münasibət bildirmirik. Fəqət, eyni anda gerçək həyatda kimsə ölür, doğulur, qəzaya düşür, kimisə öldürür, pul qazanır, pul itirir, evlənir, boşanır və bu kimi işlərlə məşğul olur. Amma bu olanlar bizi heç maraqlandırmır, çünki biz hal-hazırda uyuşmuş vəziyyətdə səhnədə cəmləşmişik.

Ona görə belə düşünürəm ki vacib olan Bizə nə göstərdikləri yox, Bizim nə görmək istədiyimizdir. Və bu vəziyyətin dəyişməsini istəyiriksə bu bizim əlimizdədir.

 

Bizim gələcəyimizi müəyyənləşdirən hadisələrə, siyasi qərarlara, insanlığa qarşı edilən zülmlərə münasibətsiz qalmamaq şərtilə…