İş verəninizin eyni zamanda müştəriniz olduğu bir karyera düşünün. İşinizi müştərinizdən aldığınız, amma eyni zamanda öz işinizin müdiri olduğunuz bir iş həyatı… Freelancer (sərbəst çalışan) olaraq işləyin, bu sayədə işinizin böyük hissəsini evdə edin və iş saatlarınızı özünüz seçin. 🙂



1) Qabiliyyətlərinizi inkişaf etdirin.

Aşağıda freelance ilə əlaqədar ən çox tələb olunan sahələrə nəzər sala bilərsiniz:


Jurnalistika. Qəzetlər və hətta Internet qəzetləri hər zaman xüsusi hekayələr, flaş xəbərlər və gələcək nəşrlərini dolduracaq məlumatlar axtarırlar. Əgər yaxşı bir izləyicisinizsə, diqqətli bir gözünüz varsa, ən əhəmiyyətlisi, doğru zamanda doğru yerdə olmaq kimi bir qabiliyyətiniz varsa, qəzetlərə çıxacaq bir sonrakı məqalə sizin xəbəriniz ola bilər. Xəbər qaynaqları arasındakı rəqabət heç bir zaman çox yüksək səviyyədə deyil, belə ki jurnalistika, freelance olaraq edilə biləcək ən uyğun peşələrdən biridir.


Yazıçılıq. Bu peşə, freelance olaraq edilə biləcək ən açıq uclu, ən rahat və ən yaradıcı sahələrdən biridir. Jurnallar tez-tez freelance çalışanlar tərəfindən yazılmış məqalələri istifadə edirlər. Bunu edərkən nəzərə alınan meyarlar, məqalənin yazıldığı sahə, uzunluğu və keyfiyyətidir. Bunu unutmayın, yazdığınız məqalə nə qədər keyfiyyətlidirsə, o qədər yaxşı ödəmə alarsınız.


Web Design. İnternetin ehtiyac olaraq qəbul edildiyi zamandan bəri davamlı inkişaf edən bir sahədir. Bir çox kiçik müəssisə və təşkilat web səhifələrinin yaradılması və ya yenilənməsi/yeniləməsi üçün ofislərinə yeni işçi götürməzlər. Web səhifələrini davamlı olaraq yeniləyən bilgi qaynaqları paylaşmaq şərti ilə müvafiq təşkilatla müqavilə bağlaya bilərsiniz.


Məlumat Toplama. Bu, çox geniş və çox istiqamətli bir fəaliyyətdir. Lakin adətən şirkətlərin, müştərilərin ehtiyaclarını və prioritetlərini anlamaq üçün məlumat toplanması və ya mövcud olan müştəri portfeli üçün yeni məhsullar və ya satış sahələri yaratmaq üçün istifadə edilir.


Məsləhət. Bir çox müəssisələr və ya şəxslər personal, layihə rəhbərliyi, mülkiyyət nəzarəti, məhsuldarlıq, dekorasiya, alış-veriş, hətta stil və moda ilə əlaqədar mövzuları araşdırması üçün məsləhətçi köməyinə ehtiyac duyurlar.


Fotoqraflıq. Məhz sizin üçün həyəcan verici fürsətlər təqdim edə biləcək yeni freelance iş fürsəti təqdim edirik!… Etdiyiniz işin keyfiyyətinə inandıra bilsəniz, asanlıqla xəbər xidmətlərində özünüzə uyğun bir iş imkanı tapa bilərsiniz. Eyni zamanda daşınmaz əmlak agentlikləri, reklamçılar və ya bənzəri mətbuat quruluşları arasında axtarılan bir ad ola bilərsiniz.



2) Avadanlıqlarınızı təyin edin və dərhal əldə edin.

    Əgər yazıçılıq etməyi düşünürsünüzsə təvazökar bir investisiya edərək orta səviyyəli bir kompüter, bir mətn proqramı (Microsoft Word kimi) sizin üçün kafi olacaqdır. Fotoqraflıq edəcəksinizsə, keyfiyyətli bir avadanlıq əldə etməli olacaqsınız. Beləliklə həm işləriniz daha yaxşı görünəcək, həm də əksinə bu iş sizdə alınmadıqda avadanlıqlarınızı satmaq sizin üçün daha asan olacaqdır.



3) Әksikliklərinizi aradan qaldıracaq, ehtiyaclarınızı qarşılayacaq təhsillər alın.

    Əgər yazıçılıq etməyi planlaşdırırsınızsa, dil bilgisini yaxşı bilmək və imla qaydalarına hərfi hərfinə riayət etmək üçün bir kollec və ya universitetdə keçirilən mövzu ilə əlaqəli dərslər almalı ola bilərsiniz. İxtisas tələb edən işlərlə əlaqədar, məsələn, IT (İnformasiya Texnologiyası) və ya Web Dizaynı ilə əlaqədar sahələrdə özünüzü inkişaf etdirməniz üçün də dərs almalı olacaqsınız, lakin bunu da unutmayın ki, bir çox mütəxəssis IT’ci və Web dizayner öz-özünün müəllimidir.



4) Freelance olaraq işə başladığınızı ətrafınıza bildirin.

    İşə, müxtəlif freelance web saytlarındakı layihələrə təkliflərinizi təqdim edərək başlayın. Üz-üzə marketinq texnikasını görməməzlikdən gəlməyin. Xüsusilə əmlak ekspertliyi, fotoqrafiya və məsləhətçi kimi sahələrdə fəaliyyət göstərə bilmək üçün bir iş yeri sənədi almaq məcburiyyətində qala bilərsiniz. Bununla birlikdə freelance işə başlamaq üçün nələrə ehtiyac duyacağınız çalışacağınız sahəyə və bölgəyə, işləyəcəyiniz müştərinin mühakimələrinə və s. görə dəyişə bilər.



5) Zamanınızı planlaşdırın.

    Çox tez-tez yaşanan bir vəziyyətdir; freelance olaraq çalışan şəxslər, evdə keçirdikləri zamanı boş zaman olaraq qəbul edə bilərlər, çünki getməli olduğunuz bir ofis və hesab verməli olduğunuz bir müdiriniz (təbii ki, həyat yoldaşınızı hesaba qatmırıq :)) yoxdur. Bu düşüncə performansınızı aşağı sala bilər, bitirməli olduğunuz layihələri vaxtında çatdırmaya bilərsiniz. Bu cür problemlərlə qarşılaşmaq istəmirsinizsə, ilk əvvəl o gün işinizə neçə saat fokuslanmalı olduğunuza qərar verin və bunu tətbiq edin. Hətta, əgər bir freelance iş ilə əlaqədar müqavilə bağlasanız, bir zaman planlaması hazırlayıb buna bağlı qalın.



6) Etdiyiniz hər layihəni əlinizdən gəldiyi qədər ən yaxşı şəkildə hazırlayın.

    Müştəriyə təslim etdiyiniz hər iş, həm sizin şirkətinizin etibarı, həm də daha sonra edəcəyiniz potensial işlər üçün ən güclü istinad mənbəyidir. Müştərinizə layihələri heç bir zaman standartdan aşağı məqalə və ya tamamlanmamış materiallar şəklində təslim etməyin. Bu, müştərinin bir sonrakı layihə üçün sizdən imtina etməsinə və başqa birini axtarmasına səbəb ola bilər.