Son zamanlar insanlar oturaq işlərdən, ofis işlərindən yaman sıxılıb və istəyirlər ki, daha relax işlər tapsınlar. Bu başqa ölkələrdə artıq çoxdan başlamış bir hərəkatdır, ancaq bizə hələ yeni gəlib çatıb. Bu səbəbdən də hamı öz işini qurmağa, öz qrafikinə uyğun işlər tapmağa çalışır.
Ümumiyyətlə sevdiyimiz işi görmək lazımdır və əgər freelance işlər bizə kömək edirsə istədiyimiz işi tapmağa niyə də yox? Burada əsasən komputer proqramları ilə, qrafik dizaynerliklə məşğul olanlar rahat iş tapa bilir. Ona görə bu sahələrə daha çox yönlənsəniz, iş tapmağınız bir o qədər rahat olacaqdır, ancaq tərcümə üçün də freelance işlər çoxdur və bu sahədə özünə boss olan çox tanışım da var. Bu işləri tapmaq üçün saytlarda qeydiyyat keçməyiniz lazımdır.
Sizin üçün bəzi freekance dostlarımdan eşitdiyim saytları qeyd edirəm:
>> https://www.freelancer.com/job/,
>> https://www.peopleperhour.com/freelance-jobs.
İngilis dilini bilirsinizsə bu yazını oxumanızda fayda var. Bəzi freelance işlər tapmaq üçün saytların adları qeyd olunub. Onların hamısını dəqiq bilmədiyim üçün sizə məsləhətim budur ki, yaxşıca araşdırın. Bütün yazılanlar da əla olmur ki 🙂
>> https://www.entrepreneur.com/article/245953
Bəs aramızda müəllimlər var?
Mənim əsas işim müəllimlik olmasa da artıq 4 ildir ki, freelance müəllim olaraq çalışıram və çox xoşbəxtəm ki, bu işə həvəsim var. Bir neçə tələbə taparaq, freelance müəllim ola bilərsiz. Qonşuluqda olan uşaqları hazırlamaqla başlamaq olar məsələn.
Bəs skype-dan müəllim olmaq?
Bəli, artıq bu da mümkündür. Xüsusi proqramlar da var bunun üçün. Mən də skype-da ingiliscə dərs verirəm . Bu proqram haqqda özəl blog hazırlayacam sizə. Gözdə – qulaqda olun 🙂
Freelance işin yaxşı tərəfi başqa valyuta ilə (əsasən dollar) pul qazanmaqdır. Bundan da başqa qrafik sərbəst olduğu üçün öz iş rejimini özün tənzimləyirsən.
Bəs mənfi tərəfi nədir?
Stabil maaş yoxdur, az iş tapdınsa az da pul qazanacaqsan. Stabillik üçün yenə də günlük işləməlisən və hər zaman araşdırmalısan.
Əsas olan isə, sadə yanaşmaq lazımdır bütün məsələlərə. Hər işin öz çətinlikləri və üstünlükləri olur. Səbrli olmaq lazımdır. Nə qədər azad ruh, işsiz yaşamaq falan desək də pulsuz çox da yaşamayacağımızı bilirik. Bir dəfə bir “training”də müdirimiz demişdi ki: “No money, no honey!“ 🙂 Ona görə də elə iş tapın ki, həm sevdiyiniz iş olsun, həm də qazana biləcəyiniz.
Əlbəttə, vaxt keçdikcə, təcrübə qazandıqca özünüzdəki əsl özü tapacaqsız, amma ona qədər də boş dayanmadan, çalışırıq və çalışırıq! Good luck, dears!