İkinci Dünya müharibəsi illərində Almanlar tərəfindən işğal edilən Fransa, müharibədən sonra ictimai bir təmizlənmə işi başlatdı. İşğal illərində Almanlarla əməkdaşlıq etdiyi düşünülən insanlar cəzalandırılırdı. 10,500 adamın edamıyla nəticələnən bu dövrdə ən ağır cəzaları ödəyənlərin bir hissəsi də Almanlarla cinsi əlaqə yaşayan qadınlar idi. İşin ən pis tərəfiysə, bunların böyük bir hissəsinin müharibə əsnasında təcavüzə uğrayan qadınlardan ibarət olması idi.
Belə qadınlar insanların olduğu açıq sahələrdə ifşa edilib təhqir olunurdu.
İşğal zamanı “istifadə etdikləri” feminenliklərini əllərindən almaq üçün saçları qırxılırdı. 1944-1945 illəri arasında 20 min ilə 40 min arası qadının saçları təraş olunmuşdur.
Adətən bu cür təraşlar, böyük meydanlarda teatral təşkilatlarla edilirdi.
Saçlarınının kəsilməsi ilə bərabər, alınlarına Alman simvolu olan xaç çəkilir və yenə cəmiyyət içində çılpaq nümayiş olunurdular.
Qadınların Almanlarla romantik bir əlaqəmi yaşadığı yoxsa təcavüzəmi məruz qaldığına diqqət edilmirdi.
Vəziyyət körpəsi olan qadınlar üçün daha da çətin idi.
Körpələr çox zaman zorla anaların əlindən alınırdı.
Hamısı hökumətin və xalqın gözündə işğalçılarla əməkdaşlıq etmiş vətən xainləri idi.