Əzab vermə, öldür məni. Öldürməsən qatil sayılarsan.
***
Var-yoxunu – həyatını, pulunu, hislərini comərd şəkildə xərcləmiş bir insan idi.
***
Yazmamağınızdan görünür ki, çox yaxşısınız. Bizlər, adətən, yaxşı olduğumuz zaman susuruq.
***
Həqiqətən də düşüncələrimdən bəhs etməyi bir növ çatışmamazlıq sayıram…izah etməyi xoşlamıram…Bu insanın həyatını nəzərdən keçirməyi üçün cəhənnəmi dadmaq olardı.
***
Bir adam var, ölüm döşəyində uzanmış – kirli, çirkin. Birdən mələklərin ən yaxşısı gəlir: Əzrail! Bu adam ölümü sınaya bilərmi? O qədər ürəkli deyil, arxasını çevirir, daha çox girir yorğan-döşəyinin içinə. Ölə bilməz artıq.
***
Mənə elə gəlir ki, mövzular bir tərəfə, bu yazılarınızda yol göstərən bir tərəfiniz var. Bu elə bir yoldur ki, insan onun üzərində xoşbəxt, xülyalar içində yeridiyini düşünür, birdən ağlı başına gəlib o tərəf, bu tərəfinə baxanda anlayır ki, qabağa gedə bilməyib, öz dar çevrəsində fırlanıb durub, həm də əvəlkindən daha təlaşlı və qanmaz..
***
…biri mənə bağlananda anlamıram, çaş-baş qalıram. Buna görə neçə dostluqları pozmuşam. Qarşımdakının inancına, xoş niyyətinə baxmayaraq, yanıldığını göstərmək istəyirəm həmişə.
***
Yanımdasınız sanki, sizə baxıram, içdiyim suyun sizə də xeyri var, bağçada içimə çəkdiyim hava sizi də gücləndirir. Xeyr, bu az olardı, məndən çox sizi gücləndirsin istəyirəm.
***
Milena, kömək edin mənə. Söyləyə bildiklərimdən daha çoxunu anlayın.
***
Amma indi? – Keçdi artıq, indi yalnız öz xəstəliyimi, öz sağlamlığımı düşünürəm. Yenə də ikisi də sən deməkdir.
***
Hər halda yenə də bir yuxu gördüyümə sevinirəm. Yuxular sona çatmasa, insan oyanmır. Möhkəm-möhkəm yapışır bizə, istəsək belə oyana bilmirik. Məhz bir az yata biməyimi bu yuxuya borcluyam.
***
Gələcəyi düşünmürəm, çünki haqqında heç nə bilmirəm. Bildiyim sadəcə budur: Səndən ayrı olduğum müddətdə qorxunun əsiriyəm, ona boyun əyirəm, məndən istədiyindən daha çoxunu ona verirəm, özü də heç tərəddüd etmədən.
***
Həyat bacarıqsız şəkildə hazırlanmış mərasim yeməyinə bənzəyir. İnsan səbirsizliklə deserti gözləyir, amma əsl ləzzətli yemək – o yağlı qovurma səssiz-səmirsiz yeyilmişdir artıq.
***
Nə edəsən, yeməsən, boşalmır boşqab.
***
İstədiyin qədər mənə – “həyatı sevirsən”- de. Bu gün sevmirəm. Dünən gecənin davamında bu günü görəndə necə sevə bilərəm?
***
Bax, Milena, “Ən cox səni sevirəm” deyirəm, amma bəlkə də həqiqi sevgi bu deyildir … “Sən bir bıçaqsan, mən də dayanmadan o bıçaqla içimi deşirəm” – desəm, yəqin onda həqiqi sevgini ifadə etmiş olaram…
***
Adi bir hadisə idi, acısı deyil, təsiri adi idi.
***
Dünən gecə səni yuxumda gördüm, tam xatırlamıram, amma bir-birimizdə əriyirdik. Sən mənə, mən sənə çevrilirdim.
***
Bütün insanlar qəribə bir canlılıq içindədir, heç ölməyəcəkmiş kimi, amma həqiqi ölümsüzlük kimi deyil bu canlılıq, yaşadıqları saatın dərinliklərinə enən bir canlılıqdır sadəcə.
***
Gücüylə məni canlandırmaq üçün əvvəl sanki öldürür, amma sonra da gücü çatmır diriltməyə.