Aaron Draper Amerikalı fotoqrafdır. Bununla yanaşı fotoqrafiya sahəsində bir universitet professorudur. O, yeni tamamladığı “Underexposed” adlı layihəsində evsiz insanlara yer ayırmışdır. Məqsədi onları “qaranlıqdan çıxarmaq”; yəni cəmiyyəti onlardan xəbərdar etmək və onlara cəmiyyətin bir parçası olduqlarını göstərməkdən ibarətdir.


Layihənin sonunda təsirli və əsrarəngiz fotoşəkillər ortaya çıxmışdır. Bunlardan seçdiyimiz nümunələri aşağıda tapa bilərsiniz.


“Məqsədim evsizləri gün üzünə çıxarıb, cəmiyyəti onlardan xəbərdar etməkdir”


“Hal-hazırda cəmiyyət vizual olaraq cazibədar olmayan şeyləri görməməzlikdən gəlir”


“Bunu aşa bilmək üçün evsizlərə dair estetik kadrlar tutmağa çalışdım”


“Cəmiyyətdə ümidsizliyi deyil, ümidi göstərərək fərqlilik yarada bilirsiniz”


“Məqsədim cəmiyyətə evsizlərə qarşı daha insancıl bir dünyagörüşü qazandırmaqdır”


“Əgər yalnız bir adamın belə evsizlərə qarşı dünyagörüşünü dəyişdirə bilsəm, layihəmi müvəffəqiyyətli olaraq qəbul edəcəyəm”