Brock adlı bir fotoqrafın iki ildir üzərində çalışdığı bir layihə var: #Freckles, yəni #Çillər. Brock layihəsini Londonda icra edir. Hal-hazırkı ana qədər 90 insanın fotoşəklini çəkmişdir, amma 2017-ci ildə açacağı sərgiyə qədər bu sayı 150-yə çatdırmağı planlaşdırır.
Çil dediyimiz şeylər əslində dərimizdə bir yerlərdə olan piqment hüceyrələridir və zərərsizdirlər, amma bunlar sahiblərinə bəzən komplekslər yaşadır, çünki bəzilərimizin çillərdən xoşu gəldiyi halda, digərlərimiz çilləri heç sevmirik. Bu səbəbdən bu sadə piqment hüceyrələri insanlara ciddi şəkildə təsir edir. Aşağıda fotoqrafın çəkdiyi şəkillərdən bəzi nümunələrə baxa bilərsiniz. Bəlkə Azərbaycanda bu cür çilli üzlərə vərdiş etmədiyimiz üçün bu fotoşəkillər bizə həqiqətən təsir etdi və paylaşmaq istədik.