ABŞ-ın iqtisadiyyat jurnalı Forbes, “Dünyanın Ən Güclü İnsanları” adlı siyahını 2015-ci ilin sonunda açıqladı. Rusiya Dövlət Başçısı Vladimir Putin ilk sırada yer alarkən, ABŞ prezidenti Barak Obama, Almaniyanın Baş naziri Angela Merkelin ardından üçüncü sırada yer aldı.

    Forbes səlahiyyətliləri, 73 adamın iştirak etdiyi siyahının hazırlanmasında şəxslərin əhəmiyyətli maliyyə qaynaqların idarəsini əllərində cəmləmələrini, təsir etdikləri insanların sayını və öz təsir sahələrindən kənarında də güc yaymaq kimi bəzi faktorları nəzərə almışlar.


    Siyahının ilk 10 adı bu şəkildə sıralanır:

   1. Rusiya Prezidenti Vladimir Putin

   2. Almaniyanın Baş naziri Angela Merkel

   3. ABŞ Prezidenti Barak Obama

   4. Katolik dünyasının ruhani lideri Papa Franciscus

   5. Çin Dövlət Başçısı Şi Cinping

   6. Microsoft’un qurucusu Bill Gates

   7. ABŞ Mərkəzi Bankının Prezidenti Janet Yellen

   8. İngiltərənin Baş naziri David Cameron

   9. Hindistanın Baş naziri Narenda Modi

 10. “Google”un qurucularından Larry Page


    Siyahıda yer alan digər adlar arasında gözə çarpanlar bunlardır: “11-ci sırada Səudiyyə Ərəbistan Kralı Səlman bin Abdulaziz al-Səud, 19-cu sırada Facebookun qurucusu Mark Zuckerberg

    Sıralı tam siyahı üçün: