Fleş-kartınızdan təsadüfən sizə lazım olan məlumatlarınızı silmisiz? Narahat olmağa ehtiyac yoxdur, onları geri qaytarmağın yolu var. Yəqin ki, istifadəçilərin çoxu bu vəziyyətlə tez-tez qarşılaşırlar. Bu zaman siz faylların surətini çıxarmağı unudursuz. Və ya çox vaxt siz səhvən format etdikdə bu məlumatlar silinir.Hətta  tam formatlamadan sonra belə məlumatı fleş-kartda bərpa etmək mümkündür. Üstəlik, sizin fleş kartı uğurlu bərpa etməyinizin faizi çox yüksəkdir. Belə halda siz fleş karta yeni məlumatlar yazmaq məsləhət görülmür, çünki bu bərpa əməliyyatını birazda çətinləşdirir.
Fleş-kartı kompüterə kartrider vasitəsi ilə qoşmaq daha arzuolunandır.

    Bunun üçün sizə Utilities Tuneup 2011 proqramı tələb olunur. İnternetdən onu yükləyin və kompüterin sərt diskinə quraşdırın. Proqramın ödənişli olduğuna baxmayaraq siz sınaq müddətindən istifadə edə bilərsiz.

    İlk olaraq siz Utilities Tuneup proqramın açırsız. Bir proqram ilk dəfə fəaliyyət göstərdiyində sizin PK təhlil etməyə başlayır. Qurtarandan sonra  sisteminin optimallaşdırılması barədə xəbərdarlıq edir. Əgər siz razılaşsaz, proqram sizin sistem işinizi optimallaşdırır və səhvlərinizi düzəldir (bu prosedurdan imtina etmək olar). Sonra siz  əsas menyuya daxil olacaqsız. “Problemi aradan qaldır” düyməsinə keçin.

    Növbəti pəncərədə “Silinən  faylların  bərpası” opsiyasın seçin. Sonra isə kompüterə qoşulmuş olan bütün qurğuların siyahısı çıxacaq. Sizin fleş-kartınızdan başqa olan bütün qurğulardan işarələri götürün.

    Axtarış xətti olan yerdə heçnə yazmayın, oranı boş qoyun. Axı hal hazırda  konkret faylı deyil sizə maksimum mümkün həcmdə informasiyanı  bərpa etmək lazımdır. “0 bayt həcmində olan faylların atarışı” parametrindən işarəni çıxarın. Beləliklə axtarış prosesi daha sürətlə gedəcəkdir. Parametrləri qurduqdan sonra “sonra” düyməsini basın.

    Silinmiş məlumatların axtarışprosesi başlayacaq. Onun müddəti  fleş-kartın həcmindən və  kompüterin gücündən asılıdır. Əməliyyat başa çatdıqdan sonra tapılmış fayllar proqram pəncərəsində əks olunacaq. Lazımi faylları ayırın. (dərhal və ya ayrı-ayrılıqda  seçmək olar). Sonra  proqramının aşağıdakı pəncərəsində “Bərpa Etmək” düyməsinə basın. Siz silinmiş məlumatları dərhal fleş-kartınıza və yaxud sizin kompüterinizdə yaratdığınız hər hansı bir qovluqa bərpa edə bilərsiz.