İdmanla məşğul olmaq üçün bir sıra əsaslı səbəb var, xüsusilə də 40 yaşdan sonra. Medicine&Science in Sport&Exercise jurnalında təqdim olunan araşdırmalar göstərir ki, daha çox dözümlülülk tələb edən fiziki həkətlər beyni tam gücünə işləməyə vadar edir.
Texas universitetinin alimləri orta yaşlı insanlarda aktiv kadioməşqlərlə əqli imkanların əlaqəsini araşdırmışlar. Araşdırmalarda 43-65 yaş arası 59 nəfər iştirak etmişdir. İştirakçıların 32 üzvü aktiv idmanla məşğul olur, qalan 27 nəfər isə oturaq həyat tərzi yaşayır. Birinci qrup 4 gün ərzində (7 saat) aerob və güclü fizki hərəkət edirdi, ikinci qrup isə həftə boyu fiziki məşqlərə 1 saatdan çox vaxt ayırmırdı.
Nəticələrin yoxlanılması üçün hər iki qrup nümayəndələri tibbi müayinədən keçir, yaddaş və diqqətin konsentrasiyası üzrə testlərdən keçirilir.
Nəticədə fiziki hərəkətlərlə qaydasında məşğul olan qrup bütün yoxlamalardan, yaddaş və diqqət testlərindən əla göstəricilərlə keçir, bütün çətin suallların öhdəsindən gəlir. Məşqlərə vaxt ayıran birinci qrupun üzvlərinin ürəyi daha yaxşı işləyir, qan dövranının sirkulyasiyası normal tənzimlənirdi. Bunun nəticəsi olaraq onların beyni də “yaxşı işləyirdi”