Artıq idman etməmək üçün bəhanəniz olmayacaq! Bizə verilmiş ən gözəl mexanizmi formada saxlamaq üçün sınanmış 5 saytı sizinlə bölüşürük:
1. FITNESSBLENDER
Çəki atmaq istəyirsiniz, yoxsa hər hansı nahiyədə əzələ yığmaq? Bunu avadanlıqlar vasitəsilə etməyi düşünürsünüz, yoxsa ev şəraitində? Minlərlə məşqdən ibarət bu saytda öz məqsədinizə uyğun proqramları seçə bilərsiniz. Proqramlar video çarx formasında təqdim edilir. Üstəlik taymer və kalori sayğacı da mövcuddur.
2. BODYROCK.TV
Sıx qrafiklə artıq yağları əritmək istəyirsinizsə bu sistem tam sizə görədir. Saytın Youtube kanalı da mövcuddur. Bir neçə video çarxa baxdıqdan sonra idmanla məşğul olmaq həvəsi sizi bir daha tərk etməyəcək.
3. WORKOUTLABS
Hazır proqramlar sizə uyğun deyil və siz öz sisteminiz qurub, ona əsasən idman etmək istəyirsiniz? Workoutlabs bu işdə sizə kömək edəcək.
4. WORKOUT TIMER
Artıq mövcud bir sistemlə idman edirsinizsə və təkcə taymerə ehtiyacınız varsa, bu saytdan faydalana bilərsiniz. Dəqiqə və hərəkət sayını qeyd etməklə idmana başlaya bilərsiniz. Sayt təkcə vizual bildirimlər ilə deyil, həm də səsli olaraq sizə nəzarət edəcək və yol göstərəcək.
5. DAREBEE WORKOUTS
Cəmi bir aya mükəmməl formaya düşmək istəyirsinizsə, düşünmədən 30 günlük proqramlar təqdim edən bu sayta daxil olun.
Bonus: BLOGİLATES
Xüsusi olaraq xanımlar üçün səmimi bir bloq. Motivasiya, qidalanma proqramları, idman proqramları – hamısını burda tapa biləcəksiniz.
Sağlam bədən və sağlam ruh ümidi ilə. “İdmanla qalın”!