Leonardo Fibonaççi (əsasən Fibonaççi deyə tanınan) — orta əsrlərin ən istedadlı riyaziyyatçısı olaraq qəbul edilən İtalyan riyaziyyatçı.
Fibonaççi müasir dövrdə ən çox Hind-Ərəb saylarını Avropaya gətirməsi ilə və XIII əsrin əvvəllərində yayımlanan Liber Abaçi adlı hesablama yolları kitabı ilə tanınır. Liber Abaçidə bir örnək kimi, müasir rəqəmlər ilə hesablanmış və öz adı ilə adlandırılan Fibonaççi sıralaması yer almışdır. Yalnızca Fibonaççi sıralaması və onun özəllikləri haqqında kitablar hətta həftəlik yayımlanan riyaziyyat jurnalları mövcuddur.
Leonardo təxminən 1170-ci ildə İtaliyanın Pisa şəhərində anadan olmuşdu. Dəqiq doğum tarixi bilinmir. Atası Guglielmo olub. Atasının ləqəbə Bonaccio idi və bu ad, sadə ruhlu və xoşxasiyyətli insan mənasındadır. Anasını Alessandra, Leonardo 9 yaşında olan zaman vəfat etmişdi. Leonardo sonradan öz atasının ləqəbini özünə miras olaraq götürdü. İtalyanca Filius Bonacci, Bonaccinin oğlu mənasında işlənilir və bundan sonra Leonardo, Fibonaççi olaraq tanındı.
Atası Əlcəzairin Bejaia limanı ilə İtaliyanın Bugia şəhəri arasında ticarət karvanını idarə edirdi. Hələ uşaq vaxtlarından Leonardo atasına yardım etmək üçün onunla səyahətlərə gedərdi. Ərəb ölkələrinə səyahət etdiyi zaman o Hind-Ərəb sayı sistemini öyrəndi. Fibonaççi Hind-Ərəb rəqəmləri ilə artmetik işləri etməyin Rum rəqəmləri ilə etməkdən daha rahat və asan olduğunu gördü. Leonardo demək olar ki, Aralıq dənizi ətrafında yerləşən bütün (ərəb) ölkələrini gəzdi və bu arada o dahi ərəb riyaziyyatçıları ilə də işləmə fürsəti də əldə etmişdi. Leonardo təxminən 1200-cü ildə bu səyahətini başa vurdu və 1202-ci ildə artıq 32 yaşında idi. Öyrəndiklərini yazdığı “hesablama kitabı” mənasına gələn Liber Abaçi adlı əsərini bitirdi. Yazdığı bu əsərdə o, Hind-Ərəb sayı sistemini Avropada eşitdirdi.
Leonardo riyaziyyat və elm ilə dərindən maraqlanan Roma İmperatoru II Frederick ilə dost oldu. 19-cu əsrdə Pisada Fibonaççi heykəli düzəldilmiş və şəhərdə yerləşdirilmişdir.
Liber Abaçi-də Fibonaççi, “modus indium” yəni Hind üsulu adını verdiyi və dövrümüzdə Ərəb-Hind rəqəmləri deyə bilinən müasir sayı sistemini tanıtdırır. Bu kitab gündəlik həyatda ticari dəftər tutmaq, ölçü vahidlərini çevirmək, faiz hesablamaq və s. kimi mühüm işlərdə özünü göstərir. Kitab Avropada təhsilli insanlar arasında sürətli bir şəkildə yayılmış və Avropanın inkişafında xüsusi təsiri olmuşdur.
Bu rəqəmlər hindli elm adamlarına altıncı əsrdən bəri bəlli idi. 1202-ci ildə Fibonaççi saysində Avropa bundan xəbər tutdu. O zamana qədər Avropada Rum (Roma) rəqəmləri istifadə edilirdi.
Fibanoççi sıralamasının ilk rəqəmi 0, ikincisi 1 və hər ardından gələn rəqəm öncəki iki rəqəmin toplamı olaraq tapılır və beləcə artır:
0, 1, 1(1+0), 2(1+1), 3(2+1), 5(3+2), 8(5+3), 13(8+5),21(13+8)…