Bu il çox uzun və yorucu bir qış keçirdik, bu səbəbdən baharı böyük həsrətlə qarşılayacağıq. 21 Martda bahar özünü göstərəcək. Ənənəvi cəmiyyətlərdə də ildönümünün mənası budur; gündüz və gecə üst-üstə düşür və təbiət canlanır. Novruz bizim ölkədə isə milli və siyasi nümayiş və təkər yandırma mərasiminə çevrilib, təbii ki əvvəlki Novruzlarda təkər yandırma yox idi.
Novruzun həm ad, həm də məzmun olaraq ənənələrlə, cəmiyyət və dövlət həyatı ilə üst-üstə düşməsi İran mədəniyyətinə məxsusdur. Bütün ətraf xalqlar yəni Qafqaz və Orta Asiya da Novruzu iranlılardan öyrənmişdir. Bəzi alimlər Misirdə ‘balıq bayramı’ da deyilən bu günlərdəki bahar bayramını İran təsirinə bağlayırlar, amma İranın fironların hökm sürdüyü Misiri fəthindən və rəhbərliyindən çox əvvəl qədim Misirlilər bu bayramı qeyd edirdi. Keçən minlərlə ilə baxmayaraq Misirlilər ailə fərdləri ilə birlikdə oturub balıq yeyir, sonra ailə məzarlarını ziyarət edərək bu bayramı qeyd edir; eynilə fironlar dövründə olduğu kimi. Bu qədim mədəniyyətin, bahar bayramının İran Novruzu ilə paralelliyi var, amma eyni şey deyil.
İranlı olmayan xalqlar Novruza dəmirçi əfsanəsi əlavə edir
Novruz dastan olaraq Dahhak deyilən qan içən canavara qurban deyə verilən gəncləri yeməsi və ona qarşı İranın qəhrəman hökmdarının müqavimət göstərməsidir. Novruz, Cəmşidin günəş kimi parlayan üzüylə də eyniləşdirilir. Həqiqətən də qədim İranda Novruz bayramının zirvəsi Şahənşahın taxtına keçməsi və hakim vəzifəsini yerinə yetirməsi, bəzi məhkəmə məsələlərini həll etməsi ilə əlaqədardır. Bu Əhəmənilər xanədanından bəri belə bilinir. Novruzda təbiət canlanır və il başlayır. Yəni, İranın yeni ilidir. Bu günün təqvimə və həyata keçəcək qədər dəyişiklik gətirməsi Asiyanın və Anadolunun Türk xalqları arasında əhəmiyyət kəsb etmir. Amma, Novruz və ona oxşar bayramlar Türklər arasında da qeyd olunurdu. Bu bayramda İranda hər evdə ‘həftsin’ (yeddi s) deyə ifadə edilən, “s” hərfi ilə başlayan yemək və əşyalar bir masaya düzülür (məsələn alma / sib). Bunların arasında “sebz” yəni yaşıllıq üçün cücərdilən buğda və qovrulmuş buğda (qovurğa) da ayrıca bir nimçə ilə süfrəyə qoyulur. Zərdüştlük mətnlərində də yer alan adətlərdəndir. Ailə 13 gün boyunca mühafizə edilən bu “müqəddəs” süfrənin ətrafına toplanır. Nəsildə ölənlərin ruhlarının da evə gəldiyinə inanılır və çıraq (işıq və ya şam) yandırılır. Qəbir ziyarətləri ilə başlayan ziyarətlər yaşayanlar arasında davam edir.
Fərvərdin ayında Tanrının 36 gündə dünyanı yaradıb işi tamamladığına inanıldığından o gün istirahət etdiyinə inanılır. Təbii ki insanlar da bu gün istirahət edir. Müasir İranda bu günlərdə insanlar gəzintiyə çıxır və bazarlar canlanır. Evlər eynilə Yəhudilərin Pesah’ta (Pasxa bayramı) etdiyi kimi başdan ayağa təmizlənir.
Orta Asiyadakı Türk xalqlarında da Novruza bənzər adətlərlə, amma daha təvazökar bayramlar qeyd olunurdu. İranlı olmayan xalqlar Novruz ənənəsinin və hekayələrinin içinə dəmirçi əfsanəsi əlavə ediblər, məsələn Ergenekonda dəmir dağın əriməsi ya da kürdlərin dəmirçi Kawa kimi …
Hər vəziyyətdə bugünkü İranda Novruz özünəxas, qeyd edilməsi sənət əsəri olan və İranın bütün xalqlarını birləşdirən bayramlardan biridir. Bu kimi ənənələri mənimsəmək bir yana, amma bizimdir deyə sahib çıxmanın mənası yoxdur. İranlılar Qurban və Ramazan bayramlarını Novruz bayramı kimi təm-taraqlı qeyd etmirlər, onlar üçün bayram Novruz’dur. Yuxarıda qeyd edilən faktlar bizim ölkədə və xalqda da mövcuddur. İndi gərək xalq olaraq Biz kimik? Dini və milli mənsubiyyətimiz nədir? İl ərzində qeyd etdiyimiz bayramlar haqqında həqiqi məlumatımız var mı? Bu bayramları nə qədər səmimiyyətlə qeyd edirik? Yoxsa bizə sadəcə yeyib-içməyə bəhanə lazımdır?!
Gərək bu məsələləri sorğulayaq, yoxsa yasımızı festivallarla qeyd etməyə davam edəcəyik.