Facebook istifadəçiləri artıq paylaşılan statuslara reaksiya verərkən “Bəyən” düyməsindən daha çox varianta sahib olacaqlar. Bəyən düyməsinin alternativi olan Facebook Reactions 6 alternativ Emoji ilə qarşımıza çıxacaqdır: angry (əsəbi), sad (kədərli), wow (vav), haha, yay (yaşasın) və love (sevgi). İş, ilk olaraq İspaniya və İrlandiyada test edildikdən bir müddət sonra Filippin, Portuqaliya və Kolumbiyada test edildi. Son olaraq ABŞ-da test edilən Reactions, yaxın zamanlarda bütün dünyaya təqdim olunacaqdır.
Facebook, müəyyən duyğuları ifadə etmək üçün seçilən vizuallar üzərində sosialoqlarla əməkdaşlıq etmişdir. Reactions, istifadəçilərin müəyyən zamanlarda məsələn bir Facebook istifadəçisinin iti öldüyü zaman, “Bəyən” düyməsi yerinə istifadə edə bilmələri üçün hazırlanmışdır. Bu vəziyyətlərdə istifadəçilər, özlərini daha rahat hiss edəcəklər və istifadə edəcəkləri emojilər hisslərini daha yaxşı ifadə edəcəkdir.
Mobil cihazlarda postların altına daha uzun zaman basmaqla (ya da kompyuter istifadəçiləri üçün mouseni postun ətrafında gəzdirərək) altı Emoji variantlı panel açılacaqdır. Hər nə qədər Facebook istifadəçiləri uzun müddətdir “Dislike” düyməsinin çıxmasını istəsə də Facebook CEO-su Mark Zuckerberg 2014-cü ildə reallaşan bir müsahibəsi əsnasında, bu variantın daha çox mənfilik yaradacağına dair narahatlıqlarını dilə gətirmişdi.