Facebook tərəfindən edilən açıqlamalara görə 2020-ci ildə WhatsApp statuslarına reklamlar gələcək. Bundan əlavə, WhatsApp Business’ə də bəzi vacib funksiyalar əlavə ediləcək.
Facebook illik Facebook Marketinq Zirvəsi zamanı dünyanın ən böyük mesajlaşma platforması olan WhatsApp-a əhəmiyyətli dəyişikliklər ediləcəyi haqqında danışdı. Deyilənlərə əsasən, gələn il tətbiq ediləcək yenilənmədə statuslar arasında reklamlar yer alacaq. 10 ildir istifadə olunan bu sosial şəbəkədə indiyədək heç bir reklam göstərilməyib.
WhatsApp reklamları Instagram hekayələrindəki reklamlara bənzər formada olacaq. Digər istifadəçilərin statuslarını izləyərkən adamlar arasında reklam görəcəksiniz. Eynilə instagramda olduğu kimi sizi başqa bir bağlantıya yönləndirəcək.
Digər maraqlı yenilənmə WhatsApp Business-ə aiddir. Burada istifadəçilər media fayllarını və pdf sənədləri mətnlə birlikdə görüntülənəcək.
Bununla birlikdə WhatsApp Business məhsul kataloqu Facebook məhsul kataloqu ilə inteqrasiya olunacaq. Bu yolla istifadəçilər bizneslə daha asan ünsiyyət qura biləcək, məhsul və ya məhsul kataloqu haqqında mesaj göndərə biləcəklər.
Qeyd: WhatsApp’a reklam gəlməsini gözləməyinizə ehtiyac yoxdur. Məhsulunuzun reklamını Bildirchin.az saytında və Bildirchin Posts Facebook səhifəsində yerləşdirə bilərsiniz. 🙂