Bəlkə bir az gecikmişik ama qarşıda hələ də DÇ-in maraqlı qarşılaşmaları var. Bəzilərimizinsə bu oyunların facebook-a daşınmasından xoşu gəlmir. Buyurun, belə paylaşımlardan xilas olmağın bir üsulu 🙂
1.İlk olaraq Social Fixer-i brauzerinizə yükləyin (buradan yükləyə bilərsiniz: http://socialfixer.com/download.html)
2.Yüklədikdən sonra facebook səhifənizə avtomatik olaraq Options menyusu əlavə olunacaq
3.Sonra Options>>Edit Social Fixer Options>>Filtering
4.Açılan pəncərədə göstərilən hissəyə “futbol” “Almaniya” kimi açar sözlər əlavə edin (açar sözlər /açarsöz1|açarsöz2/ şəklində qeyd olunmalıdır) və SAVE
5.Hazırdır 🙂 Artıq tərkibində seçdiyiniz açar sözlər olan paylaşımlarla qarşılaşmayacaqsınız