Sevdiyiniz sizdən uzaqdadırsa, həyat hər ikiniz üçün çətindir. Yalnız qalmaq, birlikdə bir şeylər edə bilməmək, həyatı dadsızlaşdırır.. Özünü rəqqas və səyyah olaraq tanıdan blogger Viola Wang, bu vəziyyəti izah edən illüstrasiyalar silsiləsi hazırlamışdır. Rəsmlərdə İngilis illüstrator Philippa Raysın bir qəhrəmanından ilham aldığını söyləyir. Şəkillər rəqəmsal deyil, əllə çəkilmişdir. Fərqli qitədə yaşadığı sevgilisiylə 3 illik sevgisini canlandırdığı şəkillər bizə çox səmimi gəldi və sizinlə paylaşmaq istədik. 🙂 Bu hüznlü şəkillərdən sonra, bütün sevənlərin qovuşmasını diləyirik…


Onun əskikliyini hiss edərsən…



Ad günlərini və tətil günlərini yalnız keçirərsən…



Saat fərqiylə mübarizə aparmaq isə çox çətindir…



Pis internet insanı dəli edər…



Hər gün danışarsan, səndən uzaq olsa da zamanını onunla keçirərsən…



Bəzən gördüyün bir şey onu sənə xatırladar və kədərləndirər…



Bir-birinizi görmək istəyi isə baha başa gələr…



Ən çətin şərtlərdə bir qovuşma tarixi müəyyənləşdirdiyiniz gün dünyanın ən həyəcanlı günü olar…



Təqvimlərdə gün saymaq ən sevdiyiniz hobbiniz olar…



Hava Limanına getdiyiniz gün, ən gözəl gününüzdür…



Ona qovuşmanın sevincini izah edəcək bir söz tapa bilməzsiniz…



Ayrı qaldığınız günlərdə edə bilmədiyiniz hər şeyi birlikdə etməyə çalışarsınız…



Həmişə belə yaşamaq ümidiylə anın dadını çıxararsınız…



Sevgin isə, məsafələrdən böyükdür…



Və təkrar qovuşana qədər, həyatınız belə davam edər …