Evtanaziya (Yunanca: ευθανασία – ευ, eu, “yaxşı, gözəl”; θάνατος, Thanatos, “ölüm”) – sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəsi.
Hollandiya qanunvericiliyinin müəyyənləşdirdiyi tərifə əsasən, “bu və ya digər şəxsin öz istəyi ilə həyatına son qoymaq qərarı və həmin qərarın bu işdə maraqlı olmayan şəxs tərəfindən yerinə yetirilməsi evtanaziya adlanır”. “Evtanaziya” sözü ilk dəfə XVII yüzillikdə F.Beykon tərəfindən işlənib. O, bu sözü “yüngül ölüm” mənasında işlədib, XIX əsrdə isə bu ifadə “kimisə mərhəmətdən öldürmə” mənasını daşımağa başladı. Əslində evtanaziya ideyası qədimdən yaranıb. Lakin Hippokrat dövründən bu günə qədər ənənəvi tibb etikasına belə bir qadağa daxildir: “Mən heç kimə, hətta bunu xahiş edənə belə ölüm gətirə biləcək dərman verə bilmərəm, hətta bunu məsləhət də görə bilmərəm”.
Dünyada 3 ölkədə insanların həyatı könüllü tərk etməsinə icazə verilir. Birinci məkan Fələstindir. Burada könüllü ölməyin çox sadə və çeşidli yolları var ki, hamısına da “sionist işğalçılarına qarşı şəhadət” deyilir: şəhid olmaq istəyən kəs ölümü könüllü seçir, sonra da israillilərə maksimum ziyan vurmaq üçün özünü partladır. İkinci məkan Hollandiyadır ki, burada ağır xəstə olan insanların ölüm seçmələri qanunla rəsmiləşdirilib. Üçüncü məkan isə ABŞ-ın Oreqona ştatıdır. Oreqonada 1997-ci ildən bəri qüvvəyə minmiş yerli qanuna görə, könüllü ölüm proseduru yolverilən sayılır.