Sizi it saxlamağa sövq edəcək 9 müsbət cəhəti təqdim edirik.


 

    1. Vəfalı dostluq. Əgər bir itiniz varsa deməli sizin dosta ehtiyacınız yoxdur. Yatarkən də,durarkən də yanınızda olacaq bir canlı sizə gerçək dostluğun nə olduğunu göstərəcək gücdədir.


    2. Sadiq köməkçi. Əgər siz ona bəzi işləri öyrətsəniz o bunları sizin əvəzinizdə edəcək və beləcə 1 qəpik belə ödəmədən (yemək xaricində) köməkçiniz olacaqdır.



    3. Alarm. Alarm qurmağa ehtiyacınız yoxdur. Siz rahatca yatın, o sizin üzünüzü yalayaraq, çarpayınıza çıxa-çıxa sizi yuxudan oyadacaqdır.


    4. Əyləncə. Bir itiniz varsa kinoteatrlara, əyləncə mərkəzlərinə gedib pul xərcləməyə ehtiyacınız yoxdur. Evdə birgə oynaya və ya gəzə bilərsiniz.



    5. Sosiallaşmaq. Xüsusilə utancaq insanlar üçün evcil heyvan saxlamaq çox yaxşıdır, siz hər dəfə dostunuzu gəzdirməyə aparanda insanlar sizə baxacaq və hətta sizinlə ünsiyyət qurmağa çalışacaqdır. Beləcə yeni insanlar tanıyacaqsınız.


    6. Sağlamlıq. İdman zalına getməyə ehtiyac yoxdur, al itini, tax boynuna ipi o qabaqda qaçsın sən arxada. Təmiz havada əsl idman və sağlam həyat tərzi..



    7. Məsuliyyət. Valideyn olmaq necə bir məsuliyyətdirsə, it saxlamaq da elə bir məsuliyyətdir. Siz onun yemək, çimmək, gəzmək, yatmaq vaxtlarına nəzarət edərək məsuliyyətin nə olduğunu öyrənəcəksiniz.


    8. Sevimli dost. İtlərin nə qədər sevimli canlılar olduğunu yəqin ki, bilirsiniz. Bu sevimlilik bütün gününüzün pozitiv keçməsinə səbəb olacaqdır.




    9. Xilasedici. Təhlükəli bir yerə gedirsinizsə və ya gecə harasa getmək məcburiyyətindəsinizsə heç narahat olmağa ehtiyac yoxdur. Onun hürməyi belə insanların ətrafınızdan uzaqlaşmasına kifayətdir.