Ev şəraitində zobun qarşısını necə almaq olar?
1. Feyxoa ət maşınından keçirilib,şəkər tozuyla qarışdırılır.Hər ikisi eyni miqdarda olmalıdır.Hər səhər yeməkdən 30-40 dəqiqə əvvəl 2 xörək qaşığı qəbul edilir.
2. Qoz ağacının yarpaqlarını və qozun qabığını soyuq suya töküb,0.5 saat saxladıqdan sonra 10 dəqiqə qaynadılır.Su dolu vannaya töküb,yatmazdan qabaq vanna edilir.Prosedur 14-18 gün edilməlidir.
3. 1 kq quşarmudu 1 kq pesokla qarışdırılıb,gündə 3 dəfə 1 çay qaşığı qəbul edilir.
4. 0.5 litr arağa 75 qram pişikotu töküb,10 gün qaranlıqda saxlanılır.Gün ərzində 3 dəfə 1 çay qaşığı içilir.
5. 200ml.kartof,200ml kök,100ml çuğundur şirəsi qarışdırılır.3 həftə gündə 1 dəfə içilir.Müalicə 4-5 həftə aparılmalıdır.Bu zaman yağlı xörəkləri rasiondan çıxarmaq lazımdır.
6. 10 limon suyu,10 diş əzilmiş sarımsaq balla qatılıb,7 gün qaranlıq yerdə saxlanılır.Gün ərzində 4 çay qaşığı içilir.