Müasir dövrümüzdə ev şəraitində iş fəaliyyəti fasiləsiz olaraq poulyarlaşır və geniş istifadə olunmağa başalayır. Bununla belə, ev şəraitində iş fəaliyyəti həm işçilərə, həm də işəgötürənlərə fayda verir. Ev şəraitində işləməyin 4 effektiv üsulu:
1. Özünüzə iş məkanı ayırın. Sizin üçün rahat və sizi heç kimin narahat etməyəcəyi yer tapın. Məkanınızı ev birkiləri, rəsmlər və digər dekor vasitələri ilə bəzəyin. Bu, vaxtaşırı gözünüzün yorğunluğunu almağa yardım edəcək. Məkandan zövq almağınız üçün hər şeyi edin, çünki işinizi zövq ala-ala görsəniz, heç vaxt yorulmayacaqsınız.
2. “Rəqəmsal pəhrizə” keçin. Sosial şəbəkələrə az vaxt sərf edin. Düzdür, evdə ola-ola bunu etməmək ilk vaxtlar çətin olacaq, amma vərdiş etmək lazımdır. Əks halda iş fəaliyyətiniz məhsuldar olmayacaq.
3. Gününüzü planlaşdırın. Vaxta qənaət etmək üçün mütləq gününüzü planlaşdırmalısınız. Əks halda özünüz “avara” qalacaqsınız, işiniz isə tamalanmayaraq üst-üstə yığışacaq.
4. Özünüzü mükafatlandırın. Fasiləsiz olaraq gərgin çalışmaq iş fəaliyyətində uğura səbəb ola bilər, lakin bu uzun müddət davam edə bilməz. Çünki, belə olduqda insan nəinki fiziki, həm də mənəvi cəhətdən zəifləyir, aşılanır. Qısa fasilə ayıraraq dostlarınıza, sevdiklərinizə vaxt keçirməyi unutmayın.