İt, pişik, quş, balıq, tısmağa və ya evinizdə saxladığınız fərqli heyvan dostlarınız varsa, bunun sizin üçün bir çox faydası olduğunu bilməlisiniz. Həm sağlamlıq, həm də psixoloji baxımdan bir çox müsbət cəhəti var. Bəs heyvan bəsləməyin faydaları hansılardır?
1. Məsuliyyət
Ev heyvanı bəsləmək sizin məsuliyyətli olmağınıza gətirib çıxaracaq. Səhər-axşam suyunu, yeməyini vermək, gəzməyə çıxartmaq, sularını dəyişdirmək, oyun oynamaq, çimdirmək, öyrətmək və s. ev heyvanlarının bu kimi ehtiyacları sizi məsuliyyətli insan halına gətirir və siz hiss etmədən həyatınıza yön verir.
2. Xoşbəxtlik
Heyvanlarla oyun oynamaq, akvariumdakı balığınızı izləmək, quşunuzun ötməsini dinləmək bədəninizdəki xoşbəxtlik hormonlarının ifrazını artırır. Bu sayədə özünüzü daha az stresli və xoşbəxt hiss edirsiniz. Hətta ev heyvanı saxlamaq təzyiq və infrakt riskini azaldır.
3. Dostluq
Heyvanların dostluqları özünüzü yaxşı hiss etməyinizə səbəb olur. Bir pişik və ya it, siz üzgün və ya yorğun olduğunuz zaman bədəninizdəki titrəşimləri hiss edir və anlayır. Pişiklər sahiblərinin pis hiss etdiyini anladığı zaman gəlib qucaqlarına oturur və mırıldamağa başlayır. İtlər isə iyləyib yalamağa, “mən yanındayam, pis olma” mesajı verməyə çalışırlar.
4. Həssaslıq
Ev heyvanı saxlamaq daha yaxşı və daha həssas bir insan olmağınıza gətirib çıxaracaq. Daha incə düşünən və hərəkət edən, ətraf mühitə və hadisələrə daha düşüncəli şəkildə baxan bir xarakter formalaşdıracaq. Hətta həbs cəzası almış cinayətkarların belə ev heyvanları ilə əlaqəsindən sonra davranışlarında dəyişiklik olduğu müşahidə edilmişdir.
5. Sosiallıq
Ev heyvanı saxlayan insanlar, balaca dostlarını başqa insanların heyvanları ilə sosiallaşdırıb bir araya gətirərkən, özləri də sosiallaşmış olurlar. İtinizi gəzdirərkən onu gəlib tumarlayan insanlarla söhbət etmək də sizin sosiallaşmağınıza səbəb olacaq.
6. Sağlamlıq
İtlər və pişiklər sahiblərinin duyğusal durumlarını və sağlamlıq vəziyyətlərini əvvəlcədən sezə bilirlər. Bu sayədə tədbir alaraq erkən diaqnoz qoya bilər və riskli xəstəlikləri vaxtında müalicə edə bilərsiniz.
7. Vəziyyət
Ev dostlarınızı gəzməyə çıxardığınız zaman və oyun oynadığınız zaman özünüz üçün etməli olduğunuz məşqləri də avtomatik olaraq yerinə yetirmiş olursunuz. Nizamli idman edərək sağlamlığınızı qoruyub, depresiya riskini azalda bilərsiniz.