Yəqin ki, bir çoxumuz erkən oyanmağın nə qədər faydalı olduğunu eşitmişik. Hətta belə bir atalar sözü də var: “Tez yatıb, tez duran varlı olar“. Bəs həqiqətən erkən oyanmaq bizə nə qazandırır?

Tezdən oyanaraq, günə erkən başlasanız, daha enerjiliməhsuldar olarsınız. Gününüzü daha yaxşı planlaya bilər və daha çox zamana sahib ola bilərsiniz.

Aparılan araşdırmalarda da müəyyən olunmuşdur ki, gec yatan və səhər oyana bilməyən insanlar, daha dağınıq və nizamsız həyat tərzi keçirirlər. Erkən oyanan insanlarda isə bunun tam əksi ortaya çıxır. Əminik ki, ətrafınızdakı nizamlı insanlar da erkən oyanırlar.

Gecə gec yatan insanların itirdikləri yuxu enerjisi gün ərzində onlara yorğunluq olaraq geri dönür. Erkən oyanan insanlarda isə, bu vəziyyətin tam əksi müşahidə edilmişdir. Belə ki, erkən oyanan insanlar gün ərzində daha enerjili və xoşbəxt olurlar.

İndi isə sizə bəzi CEO və məşhurların səhər hansı saatlarda oyandıqlarını təqdim edirik:

“Starbucks” CEO-su Howard Schultz 06:00
“Disney” CEO-su Bob Iger 04:30
“Apple” CEO-su Tim Cook 04:30
“Paypal” CEO-su Jeff Jordan 05:00
“Avon” CEO-su Andrea Jung 05:00
Barack Obama 07:00

Siyahıya əlavə edə biləcəyimiz bir çox CEO və uğurlu insanlar var. Onlardan sadəcə bir neçəsini seçib yazdıq.

Ən uğurlu insanlar əsasən 5-6 saat yuxu ilə bütün günlərini idarə edə bilirlər. Bu insanlar çox vaxt gecəyə qədər çalışıb, gündüz də erkən oyanırlar. Günorta saatlarında isə kiçik fasilə və yuxu ilə gecə ala bilmədikləri yuxunu əvəzləyirlər. Bu şəkildə, günlərinin 18 saatını istədikləri işə və ehtiyaclarına ayırırlar.

Unutmayın ki, yuxarıda sadaladığımız insanlar uğurlu olduqdan sonra erkən oyanmağa başlamayıblar. Erkən oyandıqları üçün uğurlu olublar.


⇒ Səhərlər erkən oyanmaqda niyə çətinlik çəkirik?