Yuxudan doymamış oyanırsınızsa, oyanma vaxtından asılı olmayaraq siz özünüzü əzgin hiss edəcəksiniz. Sağlam və tam yuxu norması gün ərzində gümrah olmağınızı təmin edir. Yuxu normasını ödəmək, gümrah olmaq və bununla yanaşı erkən oyanmaq üçün “tez yatıb, tez oyanmaq“ qaydasından istifadə etmək lazımdır. Yuxu üçün ən uyğun, ideal vaxt saat 22:00-dan başlayır.
Erkən oyanmağa kömək olacaq üsullar:
1. Motivasiyanız olsun. Məsələn : “erkən oyansam, işlərimi daha tez bitirəcəm “
2. Budilnikinizdəki “snooze” düyməsini unudun. Oyanmaq üçün saatı təkrar olmadan dəqiq vaxta quraşdırın.
3. “5 dəqiqə də artıq yatım” fikrinin pis nəticələrini yada salın. Çox vaxt bu “5 dəqiqə“ yarım saata çevrilir.
4. Yataq otağınızı istirahət üçün xoş bir yerə çevirin. Divar kağızlarından tutmuş kiçik dekorativ predmetlərə kimi hər şeyə diqqət yetirin.
5. Pəncərəni açın. Yatmamışdan əvvəl otağın havasını dəyişmək normal yuxuya kömək edir.
6. Düzgün seçilmiş yataq paltarı. Gecə geyimi heç bir narahatlıq törətməməlidir. Geniş , yumşaq və pambıqdan olan gecə geyimlərinə üstünlük verin.
7. Yuxuya getmək üçün özünüz üçün şəxsi ritualınız olsun. Məsələn :kitab oxumaq, süd içmək və s.
8. Nahar yüngül olmalıdır və yuxudan ən azı 3 saat qabaq yeyilməlidir.
9. Yuxudan əvvəl vanna qəbul edin. Vannaya rahatlaşdırıcı lavanda efir yağını əlavə edin. Bu sizin sinirlərinizi sakitləşdirəcək.
10. Çalışın həmişə eyni vaxtda yatağa uzanasınız, hətta şənbə və bazar günlərində də.
11. Bütün işıqları və işıqsaçan mənbələri söndürün. Elmi cəhətdən sübut olunub ki, bədənimiz reflektiv olaraq yalnız tam qaranlıqda gərginlikdən azad olur.
12. Su stəkanı. Oyanan kimi ilıq adi su için. Bundan sonra sizi yuxu tutmaz.
13. Budilnikinizin səsi üçün qıcıqlandırıcı yaxud çox sakit musiqi seçməyin. Mümkündürsə, onu yatağınızdan aralı qoyun ki, budilniki söndürmək üçün yatağınızdan durasınız.