Məşhur “Zəfər Tağı” əsəri alman yazıçı Erix Mariya Remark tərəfindən qələmə alınıb. Əsərin ilk nəşri 1945-ci ildə ABŞ-da çap edilib. Kitabda mühacirlərin həyatından bəhs olunur. Əsərin qəhrəmanı Ravik alman həkimdir, iki yəhudinin qaçmasına kömək etdiyi üçün gestapo zabiti tərəfindən işgəncələrə məruz qalır. Onun məhəbbəti də elə həyatı kimi olur…
Beləliklə “Zəfər Tağı” əsərindən seçilmiş sətrləri sizlərə təqdim edirik
Dözüm heç vaxt olmur. Təkcə hər şeyə öyrəşmək mümkündür…
Görəsən, qəlbinin köksünə sığmadığı anlar harda qaldı? Həyatın dəhşətli macəraları onların hamısını boğdu…
Adam o vaxt azad olur ki, uğrunda yaşadığı şeylərin hamısını itirir.
Kimsə səni təhqir edəndə cavabını verirsən, mərhəmət göstərəndə isə qalırsan belə.
Tək-tənha küçədən gəlib, açarı götürüb, qapını açıb bomboş otağa girə bilmirəm. Onda elə bil gəbrə girirəm. O yerdə ki, sən çamadanlardan başqa heç nə gözləmir, ora beləcə açarsız girmək də böyük şeydir.
Adamı heç yerdə heç nə gözləmir. Gərək, hər şeyi özünlə gətirəsən.
Tək qalanda sərxoş olmaq da yaxşı deyil.
Bir az gülməli görünmək üçün təkcə cəsarət yox, həm də ürək lazımdır.
Niyə mömin adamlar təsadüfi hallarda həqiqətpərəst olurlar, Ejeni? Ən yaxşı xasiyyətlər həyasız adamlara verilib, ən dözümləz adamlar isə idealpərəstlərdir.
Hökmranlıq dünyanın ən tez yoluxucu xəstəliyidir.
O, yalnız bircə xoşbəxtlik tanıyırdı. Özü də ən kövrəyini – məhəbbəti. Heç nəyi yox, yalnız məhəbbəti!
Sakit, dinc yaşamaq bu günün ən böyük macərasıdır.
Nə vaxtsa kiməsə gərək olacaqsan. Gərək, ona hazır olasan…
– Mənim yadımdan heç nə çıxmır.
– Bəs necə olub ki, hələ də yaşayırsan?
Qadınlar hər zaman kişilərin unutduqları şeylər üçün narahatlıq keçirir. Kişilər isə bu narahatlığı qadınların xatırladıqları şeylər üçün keçirir.
– Adam indi unutduğu şeyi sonralar ömür boyu axtarmalı olur, müsyö.
– Elədir, ancaq unudulmayan şeylər də adamın ömrünü cəhənnəm əzabına çevirir.
Dünyanın bu işinə heç yoxam. İstəyirsən axmaq ol, ya da lap cani, heç kim görməz. Amma bircə düymən çatmayanda hamı görür.
Dost kimi qalmaq? Soyumuş lavanın ortasında sönmüş hisslərlə kiçik bağ salmaq? Xeyr, bizim üçün deyil. Bu, yüngül davalardan sonra olur, lakin çox saxta formada. Sevgini dostluqla ləkələməzlər. Son sondur.
Mən onun yanında dayanıb, ona qulaq asırdım, gülürdüm və düşünürdüm ki, bu cür qadını sevib, eyni zamanda kasıb olmaq necə də dəhşətlidir.
Kömək et. Sevirəm. Qayıtdım. Artıq səninəm. – bunların hər biri şirin sözlərdir. Lakin elə təkcə sözlərdir, vəssalam. İki bədənin vəhşicəsinə bir-birinə qovuşması kimi adicə bir şey üçün gör nə qədər söz var! Bu sözlərdə də nə qədər yalan, uydurma, saxta hisslər, özünüaldatma gizlənib!
Sən elə bir üfüqsən ki, bütün düşüncə və hisslərim orada birləşir…