Enerji və qüvvəmizin itirilməsinə səbəb olan amillər:

    1. “Xeyr” demək istədiyimiz anda “Bəli” söyləmək.

    2. Ağlamaq istədiyimiz anda kədərimizi gizlətmək üçün gülümsəmək.

    3. İstirahət etməmək.

    4. Həddindən artıq dözümlü olmaq və çox şeyə göz yummaq.

    5. Tez-tez küsmək.

    6. Öz işinlə məşğul olmamaq.

    7. Sizin üçün maraqlı olmayan insanlarla münasibətləri davam etdirmək.

    8. Ətrafınızda neqativ söhbətlər aparan insanların olması.

    9. Siyasət, tariflər haqqında çoxlu müzakirələr aparmaq və qiybət etmək də, həmçinin bizim qüvvələrimizin havayı sərfidir.

  10. Öz həyatını başqalarının həyatı ilə müqayisə etmək.

  11. Daima nədənsə qorxmaq.

  12. Daima kiminsə gəlişini (Şaxta babanın, ağ atlı şahzadənin, millionerin və s.) gözləyirik ki, həyatımız dəyişsin.

  13. Özümüzü danlamaq, uğursuz hesab etmək.


    Enerji və qüvvələrimizi bərpa etməyə kömək edən amillər:

    1. Yeni insanlarla tanışlıq.

    2. Yeni biliklər əldə etmək.

    3. Səyahət etmək.

    4. Qorxularımıza üstün gəlmək.

    5. Yeniliklərdən qorxmayıb, onları tez-tez həyatımıza tətbiq etmək.

    6. İncəsənətlə məşğul olmaq.

    7. Sizə xoş olan insanlarla həmsöhbət olmaq, onlardan dəstək almaq.

    8. Öz bədənimizə və orqanizmimizə vaxt ayırmaq (idman,pəhriz və s.).

    9. Qəlbimizin hökmünə tabe olub, ürəyimizin istədiyi şeyləri etmək və qəlbimizə borclu qalmamaq.