Elmi araşdırmalar göstərmişdir ki, sevgi birbaşa hormonlarla əlaqəlidir. Hər hormonun öz funksiyası və təsiri var:

  • Ona qanınız qaynayır, onunla görüşdüyünüz zaman ürəyiniz yerindən çıxır? Bu o deməkdir ki, adrenalin iş başındadır. Bu hormon qan təzyiqinə cavabdehdir. Onun normadan artıq ifraz olunması stress, gərginlik və sürətli ürək döyünməsinə səbəb olur. 

  • Sevginin ən gözəl tərəfi: yüngül baş dönməsi, içinizin içinizə sığmaması, qarnınızdakı kəpənəklər.. Bütün bunlar dopaminin çoxluğundandır.


  • Onu ağlınızdan ata bilmirsiniz, ondan başqa heç nə düşünə bilmirsiniz? Bütün bunlara səbəb serotonin hormonudur. Daha doğrusu bu hormonun azlığı.


  • Testosteron isə cazibə işlərinə cavab verir. Misal üçün, bir kişidə testesteron miqdarı çoxdursa, o, tez-tez vurulur, və eyni zamanda qadınlar tərəfindən daha çox bəyənilir.