İllərdən bəri populyarlığını qoruyub saxlayan “We Can Do It” posteri, II Dünya müharibəsi dövründə cəbhəyə yollanmış kişi işçilərin yerinə qadınların keçməsi üçün hazırlanmışdır. Posterdəki xarakter “Rosie the Riveter” olaraq bilinən Geraldine Hoff Doyle adlı gənc bir qadın idi. Bəs illərdən bəri populyarlığını qoruyan bu posterin hekayəsi necə yarandı?
Geraldine Hoff Doyle, 1942-ci ildə 17 yaşında ikən American Broach & Machine adlı şirkətdə metal ştamplama maşınını idarə edirdi. Fabrikə gələn “United Press” fotoqrafı qırmızı yaylıqlı qızdan təsirlənir və onun şəklini çəkir.
Bu zamanda, xalqı motivasiya etmək məqsədi ilə posterlər hazırlayan J. Howard Miller həmin şəkli görür və “We Can Do It” adlı əsərini ərsəyə gətirir. Poster o qədər uğurlu olur ki, 6 milyon qadın II Dünya müharibəsi dövründə bu çağrı səbəbi ilə iş gücünə töhfə verirlər.
Əslində şəkli çəkilən Hoff Doyle, fabrikdəki işinin özü üçün təhlükəli olduğunu düşünərək işindən ayrılır. 1984-cü ildə evlənmiş və 5 uşağa sahib olan Geraldine, bir jurnalda təsadüfən özünün olduğu şəkli görür “Bu mənəm!” deyə bilir sadəcə.
2010-cu ildə 86 yaşında dünyasını dəyişən Geraldine Hoff Doyle dünyaya səs salmış bu posterin unudulmaz qəhrəmanı olmuşdur.