Rusiyadakı “Dyatlov” keçidində 9 alpinistin hansı səbəbdən öldüyü hələ də açıqlanmır. Ural dağlarının şimalında yerləşən “Dyatlov” keçidi kimsəsizliyi və sükutu ilə tanınır, ancaq 1959-cu ildə 9 gənc xizəkçi “trekkinq” etmək üçün həmin keçidə getdi və bu gəzinti sonda faciəyə çevrildi. Hadisənin ən dəhşətli tərəfi bunda idi ki, 5 xizəkçi düşərgələrinin qarşısında lüm-lüt bir şəkildə tapıldı. Aylar sonra 4 xizəkçinin də qarlar altında cəsədi tapıldı. Cəsədlərin birinin dili kəsilmişdi və çoxunda qabırğa və kəllə qırıqları müəyyən olundu. Hekayəni daha dəhşətli hala gətirən isə cəsədlərin yüksək nisbətdə radiasiyaya məruz qalması idi.

Qorxunc hadisənin üstündən 57 il keçməsinə baxmayaraq, 9 alpinistin hansı səbəbdən öldüyü hələ də məlum deyil.


Yuri Yudin ve Ural Politexnik Universitetindən 9 tələbə, 28 yanvar 1959-cu ildə 2 həftə çəkəcək bir səfərə çıxdılar. Səyahət Uralın şimalında yerləşən Vizhay adlanan yerə qədər baş tutmalı idi. Qrupa rəhbərliyi təcrübəli dağçı olan İqor Dyatlov edirdi. Qrupdakı üzvlərin hamısı təcrübəli insanlar idi. Qrup üzvlərindən biri olan Yudin səfərin əvvəlində xəstələnir və geri qayıtmağa məcbur olur. Qrupda 2-si qadın olmaqla 7 kişi var idi. Tələbələr 2 fevral tarixində Otorteni dağını keçərək, Holat Syahl təpəsinə çatdılar. Qrupdan geriyə qalan şəkilləri və gündəlik qeydləri araşdıran tədqiqatçıların fikrincə onlar saat 5-də çadırlarını qurdular.

Qrup üzvlərinin düşərgə üçün bu ərazini niyə seçdikləri məlum deyil, çünki qrup 1.5 km irəlidə meşəlik bir ərazidə düşərgə salmış olsaydı, iqlimin sərt təsirlərindən özlərini qoruya biləcəkdilər. Bu ərazinin seçilməsi isə onların nədənsə narahat olduqları fikrini yaradır. İllər sonra açıqlama verən Yudinə görə bunun əsas səbəbi meşəlik bir ərazidə olarkən qrupun getmək istədikləri təpələri gözdən itirmək qorxusu ola bilər: “Ola bilər ki, onlar yüksəklikləri gözdən itirmək istəmirdilər. Mən dostlarımı itirdim. Əgər həyatım boyu cavabı olan tək bir sual olsaydı, həmin sual “o gecə dostlarıma nə oldu” sualı olardı” Səfərə çıxmamışdan əvvəl

Dyatlov Otorten dağını keçib Vizhayaya getdiklərində, vəziyyətləri barədə universitetə teleqraf göndərəcəyini bildirmişdi. Həmin gün 12 fevral tarixinə planlandığı üçün heç kim o vaxta qədər qrupdan narahat qalmadı. Hətta Dyatlov geri qayıdan Yudinə bir neçə gün gecikəçəklərini də demişdi, amma 20 fevral tarixindən sonra qrup üzvlərinin yaxınları və universitet səlahiyyətliləri həyacan təbili çalmağa başladılar. Qrup üzvlərindən heç bir xəbər yox idi. Universitet və qrup üzvlərinin yaxınları tələbələrin axtarılması üçün polisdən kömək istədi. Əraziyə qısa bir zamanda helikopterlər göndərildi.


Axtarışı həyata keçirən qrup 26 fevralda tələbələrin düşərgə saldığı əraziyə çatdılar. Axtarış qrupunun rəhbəri Mikhail Sharavin teleqraf göndərdi. Teleqrafda deyilirdi: “Yarıya qədər çırılmış ve içərisi qar ilə dolmuş çadır tapdıq. İçi boşdur, amma tələbələrin ayaqqabıları burdadır.” Sənədlərə görə çadırlar içəridən çırılmışdı. Onda bir sual yaranırdı. Tələbələrin həyacanlı bir şəkildə çölə çıxmalarına səbəb nə idi? Aparılan araşdırmalara görə çadır içəridən cırılmış və çadırın içərisində 7 və ya 8 insana aid ayaq izləri var idi. Ayaq izlərinin heç birində ayaqqabı və ya corab geyinildiyinə dair bir sübut yox idi. Bu ayaq izləri yalın ayaqlı birilərinə aid idi.

Çadırdakı gənclərin gecənin bir yarısında, dondurucu soyuqda, yalın ayaqla çadırları çıraraq çölə çıxmağa nə məcbur etmişdi? Araşdırma aparan tədqiqatçılara görə bu ayaq izləri tələbələrə aid idi və heç bir başqa ayaq izi tapılmamışdı. Düşərgədə 9 nəfərdən başqa heç kim yox idi. Ayaq izləri dağın ətəyindəki meşəyə doğru gedirdi, amma qəribəsi onda idi ki, izlər 500 metr sonra anidən yox olmuşdu. Sharavin və qrupu ilk 2 cəsədi meşənin içərilərində bir ağacın altında tapdılar. Cəsədlər 24 yaşlı Georgy Krivonischenkoya və 21 yaşlı Yuri Doroshenkoya aid idi. Hər iki cəsədin üzərində ayaqqabılar və paltarlar yox idi. Onların üzərində sadəcə alt paltarları var idi.

Cəsədlərin yaxınlığında isə kömürləşmiş ağaç parçaları var idi. Ağacın budaqları ağacın 5 metr yüksəkliyindən qoparılmışdı. Tədqiqatçılara görə onlar ağaca dırmaşmış və oradan ətrafda baş verən hansısa hadisəni izləmişdilər. Bölgəyə yaxın ərazilərdə olan bəzi insanlar hadisə baş verən ərəflərdə havada narıncı rəngdə kürələr gördüklərini bildirmişdilər. Bəzilərinə görə bu SSRİ-yə aid bir silah, bəzilərinə görə isə yadplanetlilərə məxsus uçan boşqablar olub.


Dyatlova, 22 yaşlı Zina Kolmogorova ve 23 yaşlı Rüstəm Slobodinə aid sonrakı 3 cəsəd, düşərgədən 150 metr kənarda tapıldı. Cəsədlər arasındakı məsafədən belə qənaətə gəlindi ki, onlar düşəgəyə geri dönərkən donaraq ölmüşdülər, lakin Slobodinin beyin sümüyündə qırıq tapıldı. Bu qırığın isə ölümcül olmadığı bildirildi. Ərazidə 2 ay boyunca araşdırma aparan tədqiqatçılar, ilk iki cəsədin tapıldığı ərazidən 75 metr irəlidə qara basdırılmış halda 4 cəsəd tapdılar.


25 yaşlı Nicolas, 21 yaşlı Ludmilla, 37 yaşlı Alexandr Zolotaryov və 25 yaşlı Alexandr Kolevatovun cəsədləri tapıldı. Nicolasın beyin sümüyündə qırıqlar aşkar edildi. Ludmilla və Zolotaryovun isə qabırğalarında qırıqlar tapıldı. Ən dəhşətlisi isə Ludmillanın dili yox idi. Son hadisə gənclərin donaraq ölmə variantının üstündən xətt çəkdi. Bütün bunlara baxmayaraq cəsədlərin üzərində heç bir yara və ya kəsilmə tapılmadı.

Dəri üzərində heç bir yaraya rast gəlinmədi. Son 4 cəsəddə qəribəlik var idi. Belə ki, Zolotaryov Ludmillanın paltarını geyinmişdi. Ludmillanın ayağında isə Krivonishenkonun yun şalvarı var idi. Paltarlar üzərində aparılan araşdırmadan sonra məlum oldu ki, paltarlar yüksək səviyyəli radiasiyaya məruz qalıb.Hadisədən bir neçə ay sonra Sovet höküməti ittiham edəcək heç kimi tapa bilmədi. Beləcə iş bağlandı və arxivə göndərilərək unudulmağa tərk edildi.


İllər sonra “Dyatlov” Hadisəsini Araşdırma Cəmiyyətinin sədri Yuri Kuntsevich Sovet hökmumətinin hadisəni xalqdan gizlətdiyini açıqladı. Açıqlamadan sonra “Mansi” adlı yerli əhalinin bu cinayəti işləyə biləcəyi variantı gündəmə gəldi. Yayılan məlumatlara görə tələbələri yerli sakinlər öldürüblər. Verilən açıqlamalarda bildirildi ki, guya yerli əhali yad insanların onlarını torpaqlarına keçdiyini öyrənərək tələbələri öldürüblər. Bu məsələ hadisənin yenidən araşdırlımasını vacib saydı.

Məlum oldu ki, Otorten dağı və Holat-Syahl ərazisi yerli sakinlər üçün adi bir yerdir və adları çəkilən yerlər heç biri müqəddəs torpaq deyil. Qeyri-adi olan bu idi ki, Otorten dağını yerli sakinlər “Ölüm dağı” adlandırırdılar. 1990-cı illərdə yazar Anatoli Guschin isə hadisə ilə bağlı araşdırma apardı. Araşdırmadan sonra yazar bildirdi ki, hadisə ilə bağlı bəzi şəkillər və sübutlar yoxa çıxıb. Daha sonra isə Anatoli, “Sirlər 9 həyatı aldı” adlı kitabını yazdı. Yazara görə SSRİ hökuməti hadisə baş verən ərəfələrdə ərazidə hansısa bir silahı təcrübədən keçirib. İllər sonra isə hadisə ilə bağlı film çəkildi. Filmdə ABŞ tələbələrinin yenidən hadisə baş verən əraziyə getmələri və başlarına qəribə hadisələr gəlməsi təsvir edilir. Təbii ki, Anatolinin yazdığı kitab, hadisə ilə bağlı çəkilmiş filmlərdəki fikirlər bir fərziyədir. Həqiqət isə bəlkə də, daha çox fərqlidir…


Sizə Dyatlov keçidi ilə bağlı sənədli filmi təqdim edirik: