Uşaq böyütmək fədakarlıq tələb edir. Əkizləri olan ailələr üçün bu vəziyyət daha çətindir, lakin bütün çətinliklərə sinə gərmiş, yeddiz sahibi McCaughey ailəsi bütün ailələrə yaxşı bir nümunə olmuşdur. 1997-ci ildə, McCaughey ailəsinin həyatı dəyişib. Bobbie McCaughey yeddi uşaq dünyaya gətirmişdir. 4 oğlan, 3 qız … Bu möcüzə kimi hadisə, bütün dünyada yayılmışdır, çünki onlar yaşayan ilk yeddizlər olmuşlar. Yeddizlərə “Cənnət Yeddilisi” adını vermişlər. Bobbie və əri üçün yeddiz böyütmək böyük müvəffəqiyyətdir, çünki onlarca çətinliyə baxmayaraq uşaqlarına sevgi və şəfqətlə sarılmışlar.
Cənnət Yeddilisi bu il 18 yaşını qeyd edir. Hamısı həyatdan nə istədiyini bilən, müvəffəqiyyətli bir gənc olaraq yetişdirilmişdir.
1997-ci ildə, McCaughey ailəsi ilk uşaqlarının ardından ikinci bir uşaq istədikləri üçün doğum mərkəzinə müraciət etmişlər. Sonsuzluq müalicəsi alan Bobbie’nin yeddizlərə hamilə olduğunu öyrənmişlər. Həkimlər, ailəyə körpə sayını azaltmağı məsləhət görmüşlər, lakin ailə inancları gərəyi həkimlərin məsləhətindən imtina etmişlər.
Uşaqlar çox zəif doğulmuşdur. Çəki aralığı 1,13 kq ilə 1,5 kq arasında dəyişirmiş. Həkimlər yeddizlərə xüsusi baxım etmişlər. Uşaqlar sağlam böyümüşdür. Yeddizlərdən Alexis və Nathan beyin iflici ilə doğulduğu üçün ikisi də əməliyyat olmuşdur. İndi sağlamdırlar və məktəbə gedirlər.
Yeddiz sahibi ailə çətin günlər keçirmişdir, lakin köməksevər insanlar və yardım mərkəzləri onlara kömək etmişdir. Yardımlar sayəsində ailə əvvəl böyük bir evə köçmüş, uşaqlara məktəbdə pulsuz yemək imkanı təmin edilmişdir. Ata Kenny də çox çalışmışdır. Ailənin və cəmiyyətin fədakar yanaşması nəticəsində, uşaqlar bir şeylər bacara bilməyi öyrənmişlər.
Ən böyük qızları Mikayla, qardaşlarından bir il əvvəl dünyaya gəlmişdir. Uşaqların baxımıyla əlaqədar da anasına köməkçi olmuşdur.
Soldan sağa ikinci sırada yeddizlərdən Brandon, Alexis, Joel və Nathan; ilk sırada sağdan sola ata Kenny, oğul Kenny, Kelsey, Natalie və ana Bobbie yer alır. Yeddizlər peşələrinə də qərar vermişlər: Brandon əsgər, Alexis müəllim, Natalie ibtidai sinif müəllimi olmaq istəyir.
Cənnət Yeddilisi yalnız bacı-qardaş deyillər, eyni zamanda çox yaxşı dostdurlar. Fotoşəkildə, Mikayla’nın toyunda Natalie, Alexis və Kelsey’in xoşbəxtliyini görürük.
Yeddizlər də yaxın zamanda məktəbdən məzun olacaqlar və yuvadan uçacaqlar. Ana Bobbie “Hamısı yuvadan ayrıldığı zaman həqiqətən üzüləcəyəm. Bizə həmişə dar gələn ev, bir anda bomboş qalacaqdır. ” deyir.