Uşaqlıq illəri.
1839-cu il iyulun 8-də sahibkar, xeyriyyəçi və ilk dollar milyarderi Con Rokfeller dünyaya gəlmişdir.
Con Rokfellerin dünyaya gəldiyi ərəfədə Rokfeller ailəsi Nyu-Yorkda yaşayırdı. Gələcək milyarderin atası – Con Devison Rokfelleri nümunəvi ata saymaq düzgün olmazdı, çünki o, vaxtının əksəriyyətini gəzməkdə, şəxsi əyləncələrdə keçirir və fırıldaqçılıqla məşğul olurdu. Buna görə də Con Rokfellerin tərbiyyəsi ilə anası və keşiş məşğul olurdu. Con Rokfellerin anası bütün övladlarına zəhmətkeş və qənaətcil olmağı öyrədir və nümunəvi tərbiyə etməyə çalışırdı.
Pis nümunəni yaxşı nümunəyə çevirmək lazımdır! Balaca Rokfeller uşaq yaşlarından atasının yaşam tərzinə mənfi yanaşır və özünə söz verir ki, böyüyəndə alkoqol, içkidən istifadə etməyəcək, həyat yoldaşına sadiq qalacaq. Doğurdan da C.Rokfeller sağlam həyat tərzi sürmüş, nümunəvi ər və ata olmuşdur.
Neft maqnatı hələ uşaq yaşlarından qənaətcil və çalışqan idi. Gələcəyin milyarderi ilk biznes gəlirlərini hinduşka alverindən əldə etmişdir. Ticarətdən əldə etdiyi gəlirləri isə dövriyyə buraxır. Beləki, o, qonşusu olan fermerə illik 7,5%-lə 50 dollar miqdarında kredit verir.
Kollecə daxil olan gənc Rokfeller kolleci bitirməkdən imtina edərək, təhsil müəssisəsini yarımçıq tərk edir. Bunun əvəzində o, 3 aylıq mühasibatlıq kurslarına yazılır. Kursları bitirdikdən sonra Con Rokfeller Klivlenddə (həmin vaxtda ailəsi ilə yaşadığı yer) iş axtarışına çıxır. 1,5 ay sürən iş axtarışlarının nəhayət ki, nəticəsi olur və Con Rokfelleri ticarət şirkəti olan “Hewitt and Tuttle”-a baş mühasibin köməkçisi kimi işə qəbul edirlər. Con Rokfeller işdə tezliklə uğur əldə edərək baş mühasib vəzifəsinə kimi yüksəlir, lakin şirkətdə onunla bərabər olan digər bir baş mühasibin əmək haqqının daha çox olması faktı Conun qüruruna toxunur. Beləliklə, Con Rokfeller həmin iş və vəzifədən imtina edərək, muzdlu iş fəaliyyətini buraxır. Bu hadisə gələcək milyarderin həyat prinsiplərinə dərin təsir etmiş və onun məşhur 12 qaydasında qaydaların biri kimi qeyd olunmuşdur (milyarderin məşhur 12 qaydası növbəti postlarımızda təqdim olunacaq).
Karyera və biznes həyatı.
Mühasiblik fəaliyyəti zamanı Con Rokfeller şəxsi hesab kitabçası olur. Həmin kitabçada o, bütün xərc və gəlirlərinin hesabını aparırdı. Con Rokfellerin gəlirlərinə qənaətçiliklə yanaşması ona ilk kapitalını toplamağa imkan vermişdir.
18 yaşında 800 dollar taplayan Con Rokfeller kommersant Morris Klarkla işbirliyinə qoşulur, lakin Rokfellerin topladığı vəsaiti işbirliyiniə qoşulmaq üçün tələb olunan miqdarda deyildi. Buna görə də o, atasından sələminə borc pul götürür. Borcun miqdarı 1200 dollar təşkil edirdi. Yeni biznes ortaqları hazır məhsulların təyin olunmuş məkanlara çatdırılması ilə məşğul olurdular. Həmin ərəfədə, yəni 1861-65-ci illərdə ABŞ-da vətəndaş müharibəsinin hökm sürməsi Con Rokfellerin biznesinin çiçəklənməsinə səbəb oldu. Beləki, mili ordunun ət, un və duzla təchiz edilməsi üçün federal qüvvələr Rokfellerlə heç bir hesablaşma aparmadan razılığa gəlir və ondan məhsulları Rokfellerin xeyirinə olan dəyərdə almağa başlayır.
Con Rokfellerin neft karyerası 1860-cı illərdə Pensilvaniyada neft quyuları tapılanda fəaliyyətə başladı. Bu ərəfədə Rokfeller kimyaçı Samuel Endryusla tanış olur. Hansı ki, məhz Samuel Endryus “qara qızıl” emalının perspektivliyini öncədən görür və Rokfelleri də buna inandırır. Bundan sonra Endrüsla birlikdə Rokfeller və Klark “Endryus və Klark” adlı şirkət yaradırlar, hansı ki, bu şirkət Klivlenddə yerləşən neft emalı ilə məşğul olan sahibkarlıq fəaliyyəti – “Flets”-in başlanğıcını qoyur.
Con Rokfeller “Standart Oil” şirkətinin əsasını 1870-ci ldə qoymuşdur. Con Rokfeller öz işçilərinə mükafat qismində şirkətin aksiyalarını hədiyyə edirdi. Bununla, Con Rokfeller həm də hesab edirdi ki, əgər şirkətin əməkdaşları özlərini şirkətin bir hissəsi kimi əqbul etsələr, onlar daha məhsuldar olacaqlar və bütün səylərini əsirgəməyəcəklər. Bu qərarla neft maqnatı yanılmır və tezliklə o çiçəklənir , geniş miqyas alır. Rokfellerin biznesi böyüdükcə o, neft hasili və emalı ilə məşğul olan bütün zavodları alaraq onları vahid neft trestində birləşdirir. Con Rokfellerin bazarda kifayət qədər gücü olduğundan o, trestə qoşulmaq istəməyən müəssisələri məcburi və bir qədər də dolayı yolla trestə daxil edirdi. Necə? Çox asan – inhisarçı bazar fəaliyyətinə malik olan Rokfeller qəsdən neft qiymətlərini aşağı salırdı. Bununla da kiçik müəssisələr rəqabətə tab gətirməyərək ya trestə qoşulmalı idilər, ya da tənəzzülə uğrayırdılar.
“Standart Oil”-in yaranmasından heç 10 il keçməmişdir ki, o, artıq Amerikanın neft emalı sənayesinin 90%-ni əlində saxlayırdı.
1890-cı ildə Amerikada antiinhisar qanunları qüvvəyə mindi. Buna baxmayaraq Con Rokfeller və onun şirkətləri 20 il müddətində qanunvericilikdən yan keçirdilər. Yalnız 1911-ci ildə “Standart Oil” 32 şirkətə bölündü. Xatırladaq ki, müasir amerika şirkətləri arasında kifayət qədər şirkət var ki, onlar“Standart Oil”-in “törəmələridirlər”.
“Rokfelller” zənginliyi bu günün rəqəmlərində.
Bu gün Con Rokfellerin adı zənginlik simvolu sayılır. İllərin keçməsinə baxmayaraq o, hələdə dünyanın ən zəngin insanı hesab olunur. 1917-ci ildə neft maqnatının maddi durumu 1 mlrd. Dollar idi, hansı ki, bu rəqəm ABŞ-ın Ümumi Daxili Məhsulunun 2,5%-in təşkil edirdi. Həmin rəqəmləri müasir ekvivalentlə ifadə etsək, Con Rokfeller bu günki hesablamalarda 192 mlrd. Dollara sahib olardı. Müqayisə üçün qeyd edək ki, ABŞ-ın ən zəngin işgüzar adamlarından biri olan Uorren Baffetin maddi vəziyyəti 53,5 mlrd. Dollar təşkil edir.
Rokfellerin ailəsi.
Con Rokfeller öz adını tarixə təkcə, neft maqnatı kimi deyil, həm də xeyriyyəçi kimi həkk etmişdir. Onun yaratdığı xeyriyyə fondu bir çox universitet və təhsil müəssisəsi, xəstəxanalar, iş yerləri, binaların tikilməsində iştirak etmişdir, bundan əlavə bir çox xeyriyyə məqsədli tədbirləri, elmi araşdırmaları maliyyələşdirmişdir.
Con Rokfeller özüdə boynuna almışdır ki, o, biznesdə kəskin inhisar fəaliyyəti apararaq bazarda gücünü yerbəyer etmişdir, lakin onu da unutmaq lazım deyil ki, Rokfeller bundan əvvəl artıq nüfuzlu milyonçu sayılırdı. Milyardlarının olmasına baxmayaraq, o, həmişə insanda qənaətçilliyi üstün tuturdu. Con Rokfellerin özü kostyumu tam cırılıb sıradan çıxmayana kimi yenisini almırdı. C.Rokfellerin 4 övladı – 3 qız və 1 oğlu vardı. O, uşaqlarına yalnız təhsil və tibb xidmətlərinə gəldikdə heç nəyin əsirgəmirdi. Digər xırda şeylərdə isə onun uşaqları adi uşaqlar kimi böyüdülür, uşaqlıqdan qənaət və zəhmətə vərdiş etdirilirdi. Yeganə oğlu çox vaxtı bacısının paltarlarını geyinirdi. Bunun çox sadə səbəbi var: paltarlar təzə idi və sıradan çıxmamışdır. Con Rokfeller ailəsində sanki bazar iqtisadiyyatı sistemi qurmuşdur. Beləki onun uşaqları hər nümunəvi hərəkətə (yaxşı dərs oxumaq, qabları yumaq, ev işlərində kömək etmək, qoca və köməksiz qonşularına xırda köməyə görə və s) görə mükafatlandırılır, pis hərəkətlərə və sözə baxmamağa görə isə cəzalandırılır və cərimə edilirdi.
Con Rokfellerin Həyat yoldaşına gəldikdə isə o, həyat yoldaşını – Lora Spelman Rokfelleri hədsiz dərəcədə sevir və hörmət edirdi. Onlar bir sinifdə oxumuşdular. Hələ məktəb vaxtlarından Con Rokfellerin Loradan xoşu gəlirdi. Lora isə imkanlı ailənin qızı idi və Rokfellerin qayğı və diqqətinə özünəməxsus şəkildə cavab vermişdir : “ Mən imkanlı bir kişi ilə ailə qurmalıyam”. Bu sözlərin Con Rokfellerə nə dərəcədə təsir etdiyini deyə bilmərik, lakin, o, məqsədinə nail olur. Lora ilə evlənərkən o, kifayət qədər maddi təminata və biznes aləmində nüfuza malik idi.
Ömür boyu bir qadını sevən və ona sadiq qalan, nümunəvi ata olan Con Rokfellerin Allaha dərin inamı var idi. Buna görə də o, xeyriyyəçilik fəaliyyəti aparırdı. Bütün bu müsbət keyfiyyətləri onda anası aşılamışdır.
1937-ci il mayın 23-də 97 yaşında Con Rokfeller rahat ölümlə dünyasın dəyişir və adını əbədi olaraq tarixə yazdırır.
Məqaləni Con Rokfellerin mənim üçün ən sevdiyim olan kəlamı ilə bitirirəm:
Böyük xərclərdən deyil, kiçik gəlirlərdən qorxun.