Getdiyimiz hər ölkədə, hər şəhərdə mütləq şöhrəti yayılmış bir yemək vardır. Paris’ə getdiyimiz də bir “pancake”, Fas’a getdiyimiz də bir “Tajin” yeməsək getmiş sayılmarıq. Görək digər ölkələrin nə kimi ləzzətləri varmış?


1. Banh Mi / Vietnam

Bánh mì, əslində Vietnam’da bütün çörək növləri üçün istifadə olunan bir ifadədir, amma artıq özəl bir Vietnam sandviçi mənasına da gəlir. Həm qərb, həm də şərq mətbəxinin özəlliklərini daşıyan Banh Mi’nin içinə, istəyə görə donuz əti, xiyar dilimləri, keşniş, şoraba edilmiş kök və turp, ciyər əzməsi və bir az da mayonez əlavə olunur. Qərbdə də getdikcə məhşur olmağa başlayan bu sandviçin ən yaxşı hazırlandığı ünvan isə, Vietnam’da Saigon küçələridir.


2. Dürüm / Türkiyə

Siyahıda qardaş ölkədən də bir ləzzət var! Dürüm çox ləzzətli və tez hazırlana bilən bir yeməkdir. İçərisində, toyuq əti, dana və ya quzu əti, incə doğranmış pomidor, soğan və kahı olur. Sadəcə Türkiyə’də deyil, turistlərin sayəsində xarici dövlətlərdə də gedərək məhşur bir yeməkdir.


3. Suppli / İtalya

Suppli, özəlliklə Roma’da çox məşhur və adı sürpriz kəliməsindən götürülən bir yeməkdir. Mozzarella pendiri ətrafında yumurtaya bulanmış pomidor soslu düyü dənələri ilə una bulanaraq, top şəklinə gətirilib qızardılır. Bizə də barmaqlarınızı yeməkdən başqa bir iş qalmır Smile


4. Rou Jia Mo / Çin

Çinlilər, dönərimizi də əlimizdən almışlar! Zarafat bir yana, kökü olduqca keçmişə, 2000 il əvvələ dayanan bir sandviç Rou Jia Mo. nın içərisində donuz ətindən istifadə olunur amma Müsəlmanların yaşadığı bölgələrdə dana ətindən hazırlanır.


5. Satay / Tayland

Satay, Asiya’da bir çox ölkədə rastlaya biləcəyiniz bir yeməkdir. Digər ölkələrdə dana əti və toyuq ətindən hazırlanarkən, Tayland’da donuz əti istifadə olunur. İncə doğranmış ətlər, hindistan qozunun südü, hint safranı və fərqli ədviyyatlarla hazırlanıb, qrildə bişirilir. Satay, əslində İndoneziya’ya məxsus bir yeməkdir, amma göründüyü kimi Tayland’da daha məhşur olub.


6. Tacos Al Pastor / Meksika

Meksika’ya köçən Lübnanlılar, yanlarında quzu ətiylə hazırlanan ənənəvi yeməkləri olan “tacos al pastoru” da gətirmişlər, amma Meksikalılar, bişirmədən əvvəl ananas və fərqli ədviyyatlarla marinə etdikləri donuz ətinindən istifadə edirlər. Təbii ki, olmazsa olmaz acı meksika souslarıyla birlikdə…


7. Tajin / Fas

Fas’a məxsus bir yemək olan Tajin, konik qapaqlı torpaq qabda hazırlanır. Keşniş, kimyon bu yeməyin olmazsa olmazlarındandır. İstəyə görə meyvə və ya fındıq da əlavə edilə bilər. Әgər yolunuz bir gün Fas’a düşərsə mütləq dadmalı olduğunuz ləzzətlərdəndir


8. Choripan / Argentina

Bu ləzzətli sandviçi sadəcə Argentina ilə sərhədləmək olmaz. Brazilya, Uruguay, Peru, Bolivya ve Venezuela kimi Cənubi Amerika ölkələri də olduqca sahiblənir bu ləzzəti. Argentina versiyası çox sadədir: ortadan ikiyə bölünmüş dana ya da donuz ətindən hazırlanan sosiska və sarımsaqlı bir ət sousu olan chimichurri sousundan ibarətdir.


9. Bhel Puri / Hindistan

Meyvə və tərəvəzlərdən hazırlanan bir yemək olan bu yemək chaat olaraq da adlandırılır və Hindistan’da olduqca məhşurdur. İçində, düyü, qızarmış noodle, tərəvəzlər, ədviyyatlar və chutney deyilən acı bir Hind turşusu olur. Ortaya çıxan dad isə, dadlı, duzlu, turş və ədviyyatların qarışımıdır. Ümumiyyətlə Bombay plajında məhşur olsa da, Hindistan’da hər tərəfdə görməyiniz mümkündür.


10. Arepas / Kolumbiya

Sıra gəldi özəlliklə Bogota’da dadmalı olduğunuz bir ləzzətə: Arepas! Pendir, yumurta, sosiska və istəyə görə soğanlı souslardan hazırlanan Arepas, adətən səhər yeməkləri və ya günortadan sonraları üçün qəlyanaltı niyyəti ilə hazırlanır.


11. Pancake / Fransa

Paris küçələrində tez-tez görə biləcəyiniz bir mənzərədir. Adətən qara buğda unundan hazırlanan iştah açıcı pancake’lərin içində, donuz əti və pendir olur, amma bəzi yerlərdə, yumurta, tərəvəz və digər ətlərin olduğu pancakələri də görə bilərsiniz. Ağ undan hazırlanan şirin pancakə’lərdə isə, şəkər tozu, meyvə və Nutelladan istifadə olunur. Zövqünüzə görə ən dadlı pancake’nizi, Paris’də Montparnasse Bulvarı’nda tapa bilərsiniz.


12. Yumurtalı Waffle / Hong Kong

Hong Kong’da ilk dəfə 1950-ci illərdə hazırlanmağa başlanan bu waffle növü, günümüzdə Hong Kong’da çox məhşur bir qəlyanaltıdır. Adətən sadə yeyilən bu wafflelar, bəzi yerlərdə içinə meyvə və şokolad əlavə edilərək də yeyilir.


13. Espetinho / Brazilya

Adətən dana və ya toyuq ətindən hazırlanan bu ləzzətli yemək, istəyə görə digər ətlərlə də hazırlana bilir. Әgər bir gün bu ləzzəti dadma şansınız olarsa, acı sousla birlikdə yeyin…


14. Currywurst / Almaniya

1949-cı ildə ortaya çıxmasına baxmayaraq, Alman mədəniyyətinin ən diqqətə çarpan simvollarından biridir. Statistikaya görə, Almaniya’da hər il 800 milyon Currywurst hazırlanır. Özəlliklə Berlin və Hamburg’da çox məhşur bir yeməkdir. Adətən donuz əti və ədviyyatlarla hazırlanan bu sosiskalar bütöv halda servis edilir, amma istəyə görə dilimlənə də bilər.


15. Falafel / İsrail

İçərisində ət olmamasına görə, ‘vegeteriyan yeməyi’ olaraq da adlandırılan Falafel İsrailin ən məhşur ləzzətlərindəndir. Noxudlardan hazırlanan bu küftələr, acı sous və ədviyyatlarla birlikdə yeyilir.


16. Hokkien Mee / Singapur

Singapur, küçə ləzzətlərinin müxtəlifliyi ilə seçilən ölkələrdən biridir. Hokkien Mee də, oradaykən mütləq dadmalı olduğunuz bu ləzzətlərdən sadəcə biridir. İkinci Dünya Müharibəsindən sonra hazırlanan bu yemək, noodle makaron ilə donuz əti və qırmızı bibər sousuyla harmanlanıb, insanların damaq dadına uyğun təqdim olunur.


17. Jerk üsulu Toyuq – Jamaika

Şübhəsiz ki, Jamaika’nın dünya mətbəxinə təqdim etdiyi ən məhşur yeməkdir Jerk üsulu toyuq. Әvvəla Jerk üsulunun nə demək olduğunu açıqlayaq. Normalda sadəcə qırmızı ətlərə tətbiq olunan bu bişirmə şəklində, ətlər uzun dilimlər şəklində kəsilib qurudulur. Jamaika’da isə bu toyuq ətlərinə tətbiq olunmuşdur. Toyuqlar, mangalda odun kömüründə bişirilir və öz yağında hazırlanan toyuqların ləzzətinin bundan qaynaqlandığı söylənilir.


18. Halo-Halo / Filipinlər

Dünyanın ən yaxşı sundae yəni meyvəli dondurmaları arasında göstərilən, kəlimə anlamı “qarışıq” olan Halo-Halo’un içində həqiqətən də olmayan meyvə yoxdur. Buz və suyu buxarlaşdırılmış süddən hazırlanan bu ləzzətin yanına bunlarda əlavə oluna bilər: kakos, banan, şirin kartof, düyü və dondurma.