Səhər yeməyi qidalanmaq üçün başlayan günün ilk və ən vacib hissəsidir. Səhər yeməyi vasitəsi ilə biz gün ərzində bizə lazım olacaq enerjini əldə edirik, ancaq səhər yeməyinin tərkibi ölkədən-ölkəyə çox dəyişir. Aşağıda sizin üçün bəzi ölkələrin klassik səhər yeməyi tərkiblərini tərtib etmişik. Sizi onlarla tanış olmağa dəvət edirik.


Avstraliya: tipik səhər yeməyi dənlərdən və tostdan ibarətdir


Çin: ənənəvi səhər yeməkləri regionlarda dəyişir, ancaq ən məşhur isə fərqli cür hazırlanan dimsamdır


Braziliya: ham, pendir və çörək qəhvə və süd ilə verilir


Pakistan: Pakistanlılar səhər yeməyində nijar kimi ətrli,malın ayağ hissəsindən hazırlanan ət yeməklərindən zövq alırlar


Kolumbiya: Boqotada ənənəvi səhər yeməyini süd, yumurta və yaşıl soğandan ibarət çanqua şorbası təşkil edir


İsveçrə: səhər yeməklərini muesli ilə başlayırlar əsasən, taxıl dənləri meyvə qurusu və qoz-fındıqla süfrəyə verilir


Almaniya: ənənəvi səhər yeməyi ət assortisindən ibarət olur, həmçinin bura sosis, yeni bişmiş çörək və yerli pendirləridə əlavə etmək olar


Kuba: tipik səhər yeməyi cafe con leche – südlü kofe və yanında yağda qızardılmış çörəkdən ibarət olur.


İndoneziya: səhərlər əsasən nasi qorenq-qızardılmış düyü, qayğanaq,ət və digər dəniz məhsulları ilə yeyilir.


İngiltərə: ənənəvi səhər yeməyi yumurta, sosis, bekon, lobya və göbələkdən ibarət olur


Fransa: ənənəvi səhər yeməyini kofə ilə kruasan və digər şirin pirojnalar təşkil edir


Filippin: Pandesal – un, yumurta, maya, şəkər və duzdan hazırlanmış biskvit səhər yeməyində çaya batırılaraq yeyilir


İsrail: populyar səhər yeməyi şakşuka- acı tomat sousunda qızardılmış yumurtalar hesab olunur.


İtaliya: bir çox İtalyan səhər yeməyini kappuçino və biskotti peçenyası ilə edir


Polşa: ət, kolbasa, pendir, şokolad, yağ və s Polşanın ənənəvi səhər yeməyi hesab edilir


Mərakəş: burada ənənəvi olaraq səhər yeməyi djemli çorək, pendir və yağdan ibarətdir


Yaponiya: ənənəvi səhər yeməyini miso şorbası, ağ düyü və yapon turşuları təşkil edir


Şotlandiya: ənənəvi səhər yeməyi doyumlu sıyıqdan ibarətdir


Rusiya: ənənəvi səhər yeməyi yulaf və kəsmikli çörəkdir


Koreya: yumurtalı Koreya rolları ətdən və tərəvəzdən ibarət olur və ənənəvi səhər yeməyini təşkil edir


Portuqaliya: standard səhər yeməyi yumşaq kruasan və ya çörək, djem, pendir və yanında çaydan ibarət olur


Hindistan: İdli və Vada – ölkənin Cənubunda ənənəvi səhər yeməkləri.


ABŞ: ənənəvi səhər yeməkləri regiona görə dəyişir ancaq əsasən yumurta,bekon,sıyıq və pankeykdən ibarət olur


Türkiyə: ənənəvi türk səhər yeməyi çörək,pendir,yağ,zeytun,yumurta,pomidor,xiyar,mürəbbə, bal və qaymaqdan ibarət olur. Hətta buraya sucuq – ətirli türk kolbasası və türk çayınıda əlavə etmək olar


Bəs sizin ən çox hansı ölkənin səhər yeməyindən xoşunuz gəldi? 🙂