“WIN/Gallup” tərəfindən aparılan araşdırmada iştirakçılara “özünüzü inancı hiss edirsiniz?” deyə soruşublar. Verilən cavablar əsasında hansı ölkənin vətəndaşlarının daha inanclı hiss etdikləri ilə bağlı inanc xəritəsi hazırlanıb.
2008, 2009 və 2015-ci ildə aparılan araşdırmalar nəticəsində ölkələrin inanc sırası müəyyənləşib. Siyahıda yer alan ilk beş ölkənin demək olar ki, 99%-i özlərini inanclı hiss etdiklərini bildirmişdir.
Dünyanın ən dindar 20 ölkəsi:
1. Efiopiya – 99%
2. Malavi – 99%
3. Nigeriya – 99%
4. Şri Lanka – 99%
5. Yəmən – 99%
6. Burundi – 98%
7. Cibuti – 98%
8. Mavritaniya – 98%
9. Somali-% 98
10. Əfqanıstan – 97%
11. Komor – 97%
12. Misir – 97%
13. Qvineya – 97%
14. Laos – 97%
15. Myanma – 97%
16. Kamboca – 96%
17. Kamerun – 96%
18. İordaniya – 96%
19. Seneqal – 96%
20. Çad – 95%
Önə çıxan nəticələr isə belədir:
– Afrika və Orta Şərq ən inanclı bölgələrdir. Asiya və Latın Amerikasında da inanc nisbəti olduqca yüksəkdir.
– Cənubi Avropa ölkələrində Avropanın digər hissələrinə nəzərən inanclı insanların daha çox olduğu müəyyənləşmişdir. İtaliyanların 74%-i, yunanların isə 71%-i özlərini inanclı hiss etdiklərini bildiriblər.
– Poloniya Avropanın ən dindar ölkəsidir. Sorğuya qatılan iştirakçıların 86%-i özlərini dindar hiss etdiklərini bildiriblər.
– Amerikalıların 56%-i, ingilislərin isə 30%-i özlərini inanclı hiss edir.
– Ən az dindar olan ölkələr isə Yaponiya, Estoniya, İsveç, Norveç və Çex Respublikasıdır. Amma 7%-lik nisbətdə Çin birinci yerdədir.
– Ölkəmiz və qonşu ölkələrdə isə vəziyyət belədir: Azərbaycan 34%, Gürcüstan 84%, Ermənistan 93%, İran 93%, Türkiyə 79%.
Dünyanın ən az dindar olan ölkələri siyahısı:
1. Çin – 7% özünü dindar hiss edir
2. Yaponiya – 13%
3. Estoniya – 16%
4. İsveç – 19%
5. Norveç – 21%
6. Çexiya – 23%
7. Hong Kong – 26%
8. Hollandiya – 26%
9. İsrail – 30%
10. Birləşmiş Krallıq – 30%
11. Yeni Zelandiya – 33%
12. Avstraliya – 34%
13. Azərbaycan – 34%
14. Belarusiya – 34%
15. Kuba – 34%
16. Almaniya – 34%
17. Vyetnam – 34%
18. İspaniya – 37%
19. İsveçrə – 38%
20. Albaniya – 39% (39% digər ölkələr: Avstriya, Macarıstan və Lüksemburq.)